13:30 26.02.2024 1200

Səhvlər sıralananda aradan çıxmırlar, Şimşək!

Bu mövsüm səhvləri sıralayan, qış fasiləsindən sonra isə daha kobud, nəticəyə təsir edən xətalarıyla diqqət çəkən hakimlik son günlər ciddi müzakirə olunur. Xüsusilə hesabat turunun "Kəpəz" - "Qəbələ" matçında Rəvan Həmzəzadənin "nominal qonaqlar"ın haqlı penaltisini verməməsi elitadan düşmək təhlükəsi yaşayan komandanın durumunu daha da ağırlaşdırdı. Biabırçı hakimlik "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyevin istefasına yol açdı. 

Gözə girən bu səhvlər Hakimlər Komitəsini, onun sədri Barış Şimşəyi narahat etdimi? Qətiyyən! Əks halda, bu vurhavurda işinin başında olar, səhvləri təhlil edərdi. Türkiyəli funksioner isə bir həftə əvvəldən vətəninə yollanıb. 2-8-ci yerlərdə qərarlaşan 7 komanda arasında xal fərqi cəmi 5-ə bərabərdi, ölüm-qalım mübarizəsi gedir, o isə "şəxsi işlər"ini əsas gətirərək aradan çıxıb. Bu yerdə Əsgər Abdullayevin o vaxt "Turan"ın legioneri Salif Balloya xitabı yada düşür: "Komanda uduzanda əylənməzlər, Ballo". 

Mövcud vəziyyətdə vətəninə getməkliyi gələn komitə sədrinə deyən olmayıb ki, yanvarda iki həftədən çox Türkiyədə olmusan, imkan tapıb evinə də baş çəkmisən, şəxsi işlərini onda yoluna qoyardın. "İmkan tapmaq" deyəndə, Barış bəyin onsuz da Antalyada işi çox olmayıb. Hakimlərimiz qardaş ölkədə bir yoxlama oyunu idarə etmədən belə, Bakıya dönüb. Odur ki, sıralanan səhvlər təbii qarşılanmalıdır. Elə Rəvanın xətası da. Həmzəzadə Antalyada normativi verə bilməyən 4 hakimdən biri olub. Digərləri kimdir? Kamranbəy Rəhimov, Emin Əliyev, bir də Tural Qurbanov. Emin dabanındakı zədəyə görə qaça bilməyib. Əslində, onun sözün hər mənasında axsadığı Bakıda bəlli olsa da, Barış bəy Əliyevi Antalyaya "istirahət"ə aparıb. Turalla Kamranbəyə gəlincə, onlar toplanışın ilk günlərində soyuqlayıblar və xəstələndiklərinə görə normativ göstəriciləri yetərli olmayıb. Adamı gec "rezervasiya" edib bir neçə saat hotelin foyesində yatmağa məcbur edəndə xəstələnərlər də... 

Əslində, Barış bəy son bir həftəni burda olsaydı, nə dəyişəcəkdi? Səhlənkarlığın dərəcəsinə baxın ki, qışdan sonra hakim-inspektorlar üçün iclas keçirilməyib. Hər şeyi atıb Vüsal Əliyevin üstünə, özü inspektor və nümayəndələrlə maraqlanmır.

Hakimlər Komitəsində hər yeni gələn komitə sədri gedənin atasına rəhmət oxutdurur. Komitəni intriqa yuvasına çevirən Xaqani Məmmədovdan sonra Frits Ştuxlikin gəlişinə nə qədər sevinmişdiksə, gedişini də toy-bayramla qeyd etdik. Barış Şimşəyin təyinatı rəğbətlə qarşılanmışdı: "Dili bir, dini birdir, qardaş ölkədəndir, VAR mütəxəssisidir". Bu da belə. Komitədə dərəbəylikdir: təyinatların ardıcıllığına baxan yoxdur, mövsüm ərzində dörd dəfə "2" alan hakim az qala hər tur iki oyuna göndərilir, iki il ərzində bir VAR instruktoru yetişdirilməyib... 

Hardasan, ay Xaqani Məmmədov?

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 May 2024
10:51

"Ümid" Vüqar Nadirovun komandasını finala buraxmaq istəmir: "Tam hazırıq"

01 Yanvar 1970
04:00

04:00

10:30

İstanbul nəhəngi nigeriyalı forvardla güclənir

04:00

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqasında finalçılar müəyyənləşir - YENİLƏNİR

04:00

04:00

04:00

09:00

"Real" - "Bayern" matçının ən yaxşısı bilindi

04:00

04:00

00:46

ÇL-in finalında "Real"la "Borussiya" qarşılaşacaq 

08 May 2024
23:50

Medina "Qarabağ"la müqavilə yeniləyib? - AÇIQLAMA

22:40

KL: "Fiorentina" finalda!

21:21

Virts "Real"a nə vaxt keçəcək?

21:00

Samir Nəsri əfsanəvi almanın bu planının üstünü açdı

19:35

Serb futbolçu "Yuventus"u tərk edəcək, İtaliyanı yox

18:44

İngiltərə nəhənginin yeni baş məşqçisi bilindi - Rəsmi qərar bu tarixdə açıqlanacaq

17:55

“Borussiya”nın kapitanı olduğum üçün çox fəxr edirəm" - Emre Can

17:37

"Çelsi" forvardını satışa çıxardı

17:16

"Biz yalnız Kroosa yox, mütəşəkkil komandaya qarşı oynayacağıq" - Tomas Tuxel

16:54

"Almaniyaya tez gəlsəydim, Musalanı İngiltərə millisində oynamağa razı salardım" - Harri Keyn

16:23

PFL ilə "YAŞAT" Fondu arasında memorandum imzalandı

16:14

İstanbul nəhəngi "Çelsi" ilə anlaşdı - SON DURUM

15:55

Azarkeşlər Palmeri seçdilər

15:36

Rüfət Quliyevi əvəzləyəcək şəxs bilindi  

15:17

"Barselona"da fikir ayrılığı: Laporta və Deku Xavi ilə razılaşmadılar

14:58

"Qorxmuruq, kimə qarşı oynadığımızın fərqindəyik" - Manuel Noyer

14:40

Bölgə klubunda radikal dəyişiklik - Əsgər Abdullayev də gedir

14:21

DİN və DTX əməkdaşları AFFA-da

14:05

"Qapıya 31 zərbə endirsək də..." - Enrikedən emosional məğlubiyyət şərhi

13:48

Futzal turnirinin qalibi bilindi

13:31

"Nə deyəcəyimi bilmirəm" - Vitinya

13:14

Almaniya futbolu tarixində Hummels kimisi olmamışdı

12:57

PSJ-dən maraqlı antirekord

12:44

"Kəpəz"in 2 legionerinə ağır cəza verildi, klub 8500 manat cərimələndi

12:32

AFFA "Turan Tovuz"un legionerini 4 oyunluq kənarlaşdırdı

12:20

"Qarabağ" ilə "Neftçi" barədə ölçü götürüldü: 5800 manatlıq cərimə 

Facebookdan bizi izləməyi unutmayın.
X