Bu gün qadın futbolçulardan ibarət milli komandalar arasında AÇ-2025-in seçmə mərhələsinin püşkü atılacaq.
Fanat.Az xəbər verir ki, İsveçrəni Nyon şəhərində keçiriləcək tədbir saat 16:00-da başlayacaq.
Azərbaycan millisi püşkatmada B Liqasında olacaq.
Seçmə mərhələnin oyunları aprel və iyulda oynanılacaq.
AÇ-2025
Seçmə mərhələ
B Liqası:
1-ci səbət: Portuqaliya, İsveçrə, Şotlandiya, Uels
2-ci səbət: Bosniya və Herseqovina, Serbiya, Xorvatiya, Macarıstan
3-cü səbət: Slovakiya, Şimali İrlandiya, Ukrayna, Türkiyə
4-cü səbət: Malta, İsrail, Kosovo, Azərbaycan.