“Neftçi” və Rusiyanın “Spartak” komandası arasında bu gün yoldaşlıq görüşü keçiriləcək.
Fanat.Az xəbər verir ki, matç “Neftçi Arena”da oynanılacaq.
Görüş saat 18:00-da başlayacaq.
Qeyd edək ki, "Neftçi" "Spartak"la ötən yay Rusiyadakı təlim-məşq toplanışı çərçivəsində də üz-üzə gəlib. "Otkrıtiye Bank Arena"da keçirilən qarşılaşma Rusiya klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Beynəlxalq yoldaşlıq oyunu
18:00. “Neftçi” – “Spartak” (Moskva)
23 mart. "Neftçi Arena"