
"Bayern Münhen"in yarımmüdafiəçisi Tomas Müller Almaniya Bundesliqasının 5-ci turunda sabah "Bayer Leverkuzen"ə qarşı keçirəcəkləri ev oyunu ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, çempionatın rəsmi saytı təcrübəli oyunçunun dediklərini belə çatdırıb:
"Hər şeydən öncə azarkeşlər hər iki komandaya və qarşıdakı görüşü qiymətləndirməlidirlər. Hər iki tərəf liqanın ən diqqətçəkən komanalarıdır. "Bayern" uzun illə Avropada ölkənin ən ünlü təmsilçisi olubsa, Leverkuzen təmsilçisi isə bu yöndə ciddi addımlar atıb. Onların önündə şlyapa çıxarmaq lazımdır. Yeni rekordlar müəyyənləşdiriblər, ancaq iş rekordlarda yox, "Bayer"in bunu necə bacarmasındadır. Bu rəqibin ayrı-ayrı futbolçularının bacarığını, eləcə də komanda şəklində sərgilədikləri oyunu nəzərə alsaq, onlara qarşı hər oyunun çətin olacağı dəqiqdir. Levekuzen təmsilçisi heç vaxt təslim olmur. Matçların son dəqiqələrində vurduqları qolların sayı inanılmaz dərəcədə çoxdur".
Nihat