
"Ayaks"dan ayrılan Cordan Hendersonun yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirəcək.
O, "Brentford"la 2 illik müqavilə bağlayıb. Məlumatı klubun mətbuat xidməti yayıb.
Qeyd edək ki, ötən mövsüm Niderland çempionatında 28 matça çıxan henderson 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat