
"Barselona" klubunun gənc ulduzu Lamin Yamal şəxsi rekordunu təkrarlayıb.
Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı cinah hücumçusu buna La Liqanın 6-cı turunda "Rasinq"i 7:2 hesabı ilə darmadağın etdikləri matçda qol vuraraq nail olub.
Oyundakı son qola imza atan Yamal ardıcıl 5 matçda adını tabloya yazdırıb. Bu, milli üzvünün karyerasında ardıcıl 5 görüşdə qol vurduğu ikinci belə haldır.
Qeyd edək ki, Lamin "Rasinq"lə dueldən öncə "Rayo Valyekano" (dubl), "Valensiya" (dubl), "Feyenoord" və "Levante" (dubl) ilə qarşılaşmalarda qol vurub.
Toğrul