
UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları yekunlaşıb.
Fanat.Az xəbər verir ki, bu gün 6 görüş reallaşıb.
"Qarabağ"ın pley-off mərhələsində potensial rəqiblərinin - "Ludoqorets"lə "Ferentsvaroş"un Bolqarıstandakı dueli qolsuz bərabərliklə başa çatıb.
"Feyenoord" Niderlandda "Fənərbağça"nı çətinliklə yenibsə, "Kayrat" Qazaxıstanda "Slovan"ı tək qolla üstələyib. "Benfika" isə Fransada "Nitsa" üzərində inamlı qələbəyə sevinib.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, ilk oyunlar
6 avqust
Kayrat (Qazaxıstan) – Slovan (Slovakiya) 1:0
Zalsburq (Avstriya) – Brügge (Belçika) 0:1
Ludoqorets (Bolqarıstan) – Ferentsvaroş (Macarıstan) 0:0
Lex (Polşa) – Srvena Zvezda (Serbiya) 1:3
Feyenoord (Niderland) – Fənərbağça (Türkiyə) 2:1
Nitsa (Fransa) – Benfika (Portuqaliya) 0:2