
"Bayern Münhen"in qapıçısı Manuel Noyer Bundesliqada yeni rekord müəyyənləşdirib.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, qolkiper bu uğura Almaniya çempionatının 7-ci turunda evdə Dortmund "Borussiya"sına 2:1 hesabı ilə qalib gəldikləri matçda imza atıb.
Təcrübəli "çərçivə" qoruyucusu ölkə birinciliyində qazandığı 363-cü qələbə sayəsində sabiq komanda yoldaşı Tomas Müllerin (362) rekordunu yeniləyib.
Qeyd edək ki, Noyer karyerası ərzində "Bayern"nin heyətində 571, əvvəlki klubu "Şalke"də isə 203 matça çıxıb.
Nihat