
“Qarabağ”ın futbolçusu Marko Yankoviçin formasını geyindiyi Monteneqro millisində növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya ilə matçın iştirakçısı olub.
Yankoviçin komandası rəqibinə 2:3 hesabı ilə uduzub. "Maestro" start heyətində meydana çıxıb və matçı əvəzolunmadan başa vurub.
Qeyd edək ki, Marko Yankoviç 2022-ci ilin yayından "Qarabağ"da çıxış edir.