
“Barselona”da braziliyalı ulduz Rafinyanın komandadan ayrılması ehtimalı gündəmdə qalmaqda davam edir.
Fanat.Az xəbər verir ki, Kataloniya klubunun idman direktoru Deku Rafinya satıldığı təqdirdə onun yerini dolduracaq ən real hədəf olaraq “Mançester Siti”nin hücumçusu Savinyonu görür.
“365 Scores” nəşrinin məlumatına görə, Savinyo bu mövsüm göstərdiyi performansla Avropanın bir çox nəhəng klubunun diqqətini çəkib və klub rəhbərliyi onun xüsusiyyətlərinin Rafinyanın profili ilə uyğun olduğunu düşünür.
Transfer dəyəri 50 milyon avro olaraq qiymətləndirilən 21 yaşlı ulduz bu mövsüm 16 matçda 1 qol və 3 asistlə fərqlənib.
Kataloniya təmsilçisi yaxın aylarda həm Rafinyanın vəziyyətini, həm də Savinyo transferinin maliyyə şərtlərini qiymətləndirəcək.
Kamil Xudiyev