
"Çelsi"nin ukraynalı yarımmüdafiəçisi Mixail Mudrik 2026-cı ilin əvvəlində yaşıl meydanlara qayıda bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Chelsea Mudryk" yayıb.
Mənbənin iddiasına görə, o, yanvarın 17-də futbola qayıdacaq. Dopinq qalmaqalına görə cəzalandırılan futbolçunun cəza müddəti gələn ay başa çatır. London klubu onu formasını bərpa etmək üçün icarəyə göndərmək istəyir. Mudrikin Fransanın “Strasburq” klubuna keçidi nəzərdən keçirilir.
24 yaşlı cinah yarımmüdafiəçisi 2023-cü ilin yanvarında "Çelsi"yə keçib. Mudrikin londonlularla hazırkı müqaviləsinin müddəti 2030-cu ilin iyununun sonunda başa çatacaq.