
“Qalatasaray” qış transfer pəncərəsi üçün heyət gücləndirmə çalışmalarına başlayıb və klubun ilk hədəflərindən biri “Brügge” forması geyinən Rafael Onyedika olub.
Fanat.Az xəbər verir ki, sözügedən məlumatı “Footy-Africa” nəşri yayıb.
Mənbənin iddiasına görə, “sarı-qırmızı”lar nigeriyalı orta sahə oyunçusunu uzun müddətdir izləyir və qışda rəsmi addım atmağa hazırlaşır.
“Qalatasaray”ın Onyedikanın dinamik oyun tərzini, topqazanma qabiliyyətini və ikili mübarizələrdəki üstünlüyünü heyət üçün ideal seçim kimi gördüyü bildirilir.
24 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 20 matçda 1 qol və 1 asistlə fərqlənib.
Kamil Xudiyev