
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Ayaks" matçını idarə edəcək hakimlər müəyyənləşib.
Fanat.Az-ın məlumatına görə, oyun Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.
Görüşün baş hakimi Rade Obrenoviç olacaq. Ona həmyerliləri Yure Praprotnik və Qreqa Kordeş yardım edəcəklər. Dördüncü hakim funksiyasını Mateo Tozan yerinə yetirəcək.
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" oyunu dekabrın 10-da keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 21:45-də start götürəcək.