
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola klubdan ayrılmaq ehtimalı barədə danışıb.
Fanat.Az xəbər verir ki, kataloniyalı mütəxəssis tanınmış insayder Fabritsio Romanoya açıqlamasında klubu yeni məşqçinin gəlişinə hazır olmağa səsləyib:
"Mən qəribə oğlanam və bəlkə də bir səhər oyanıb deyəcəyəm: “Mən gedirəm. Sağ olun, sağlıqla qalın!” Onlar hazır olmalıdırlar. Amma hələlik mən heç yerə getmirəm”.
Pep 2016-cı ildən Mançester nəhəngində çalışır.