
1-ci Liqa təmsilçisi "Şəfa" mübarizə apardığı çempionatın 15-ci turunda öz meydanında "Mingəçevir"lə 2:2 hesablı heç-heçə edərək şəriksiz lider mövqeyinə qayıtdı. "İşıqçılar"la matçda iki erkən qol vuran, matçı azlıqda bitirən Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb oyun barədə fikirlərini bölüşməsini istədik.
33 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:
"Oyuna çox inamlı başladıq. Bunun nəticəsi olaraq hesabda önə keçdik. Sonradan oyunun gedişati bərabərləsdi. İkinci hissədə hesabda 2-0 öndə olduğumuza görə daha çox mudafiə olunduq. Həm də öndə təzyiq edən zaman rəqib uzun ötürmələrə üstünlük verirdi. Yenə hakim səhvi xal itirməyimizə səbəb oldu. Artıq ardıcıl üçüncü oyundur ki, hakim səhvlərinə görə xallar itiririk. Xahiş edirəm, bundan sonra diqqətli olsunlar".
Qeyd edək ki, hazırda "Şəfa"nın 33 xalı var. Sözügedən kollektiv ən yaxın təqibçisi "Baku Sportinq"i 1 xal qabaqlayır.
Nihat