
“Qalatasaray” “Lokomotiv Moskva”da çıxış edən Aleksey Batrakovla danışıqlarda müsbət sonluğa yaxınlaşıb.
Fanat.Az xəbər verir ki, informasiyanı türkiyəli insayder Yağız Sabuncuoğlu yayıb.
Məlumata görə, oyunçu ilə müqavilə şərtlərində razılığa gəlinib.
Artıq “dəmiryolçular”a rəsmi təklif göndərilib. Klublar arasında danışıqlar başlayıb. Yarımmüdafiəçinin Rusiya komandası ilə 2029-cu ilə qədər müddətə müqaviləsi var.
21 yaşlı futbolçu ötən mövsüm 36 matça çıxıb, 17 qol vurub və 11 məhsuldar ötürməyə imza atıb.
Əlisahib İbrahimli