Venesuella millisinin baş məşqçisi Rafael Dudamel "DÇ-2018"in seçmə mərhələsi çərçivəsində Paraqvayla keçirdikləri oyunla bağlı şok açıqlama verib. Fanat.Az xəbər verir ki, o, oyundan əvvəl qaldıqları otelə qadınların göndərildiklərini bildirib.
"Matçdan öncə paraqvaylılar futbolçularımızı yoldan çıxartmaq üçün qaldığımız otelə qadınları göndərdilər. Əslində, bunlara təəccüblənmirdik. Bu taktika və strategiyalardan əvvəllər də istifadə edilirdi. Biz təhrik olunmadıq və matçı qazandıq".
Qeyd edək ki, Venesuellanın oyundan əvvəl "DÇ-2018"ə vəsiqə qazanmaq şansı olmasa da, Paraqvay qələbə qazanacağı halda, bunu reallaşdıra bilərdi. Amma Venesuella səfərdə 1:0 hesablı qələbə qazanıb.
Fanat.Az