Şotlandiya millisinin baş məşqçisi sitefaya göndərilib.
Fanat.Az xəbər verir ki, ölkənin futbol federasiyasının rəhbərliyi ilə görüşən Qordon Strakanın müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
İstefaya Şotlandiya yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində uğur qazana bilməməsi səbəb göstərilir. Britaniya təmsilçisi lider İngiltərə və ikinci yeri tutmaqla pley-offa vəsiqə qazanan Slovakiyadan geri qalmaqla qrup üçüncüsü olub.
Qeyd edək ki, 60 yaşlı mütəxəssis 2013-cü ildən Şotlandiya millisinə başçılıq edir.
Fanat.Az