10:51 16.10.2017 2491

\"Qarabağ\"ın futbolçuları İspaniya mediasında - MÜSAHİBƏ

"Atletiko" ilə Çempionlar Liqasında keçirəcəyi növbəti oyunlar ərəfəsində "Qarabağ"ın ispaniyalı legionerləri Miçel və Dani Kintana AS nəşrinin suallarını cavablandırıblar.

Fanat.Az həmin müsahibəni təqdim edir:
 
- "Atletiko" ilə oyunun xüsusi əhəmiyyət kəsb etdiyi fikri ilə razısınız?

Miçel: Bəli, bu, bizim üçün xüsusi oyun, bir mükafatdır. Hamı mümkün qədər çox həzz almağa çalışacaq. Təsəvvür edin, öz ölkənizdə oynayırsınız və böyük tarixə, böyük oyunçulara malik "Atletiko" ilə qarşılaşırsınız. Belə bir oyuna çıxacağımız üçün şadıq və görüşü səbirsizliklə gözləyirik.
 
Kintana: Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək hamımız üçün böyük mükafat idi. Belə matçlarda oynamaq stimul deməkdir. "Atletiko" dünyanın ən yaxşı komandalarından biridir. Karyeramda Çempionlar Liqası kimi turnirdə oynamaq hissi yaşamamışam.
 
- Əvvəllər Avropa Liqasında oynamısınız. İndi isə Çempionlar Liqasında mübarizə aparacaq ilk Azərbaycan klubusunuz...
 
Kintana: Düzdür, Avroliqada oynamışıq. Amma İspaniyanın heç bir komandası ilə qarşılaşmamışıq. Bu, hamımızın istədiyi görüş olacaq. Bilirik ki, indi çoxlarının diqqəti "Qarabağ"la qarşılaşacaq "Atletiko"ya yönəlib. Bundan başqa ailəm də Madridə gedəcək və biz orada da oynayacağıq. Məqsədimiz "Atletiko"kimi komanda ilə də qarşılaşa bildiyimizi bütün ölkəyə nümayiş etdirməkdir.
 
- Tez-tez təkrarlanan suallardan biri budur ki, hava şəraiti oyuna necə təsir edə bilər?
 
Miçel: Dekabrda daha soyuq və hətta qar da yağa bilər. Amma indi belə deyil. Hazırda Bakıda küləkli hava olsa da, bu, stadionda elə də hiss olunmur. Hazırda havanın temperaturu yaxşıdır. Bu baxımdan, "Atletiko" üçün də problem olmayacaq.
 
- Çempionlar Liqasında vacib oyunun olacağı və İspaniyanın ən böyük komandalarından biri ilə görüşə yollanacağınız hiss olunur?
 
Kintana: Bəli. Ab-havadan hiss olunur ki, Çempionlar Liqası matçına çıxacağıq. Ola bilsin, stadion tam dolsun. Fanatlarımız maksimumuzu ortaya qoyduğumuzu və önəmli komandalarla çətin işin öhdəsindən gəldiyimizi gördükdə məmnun olurlar. İlk dəfə Azərbaycan komandası Çempionlar Liqasında yarışır və stadionda insanlar xeyli həyəcanlanırlar.
 
Miçel: Bu, Azərbaycan xalqı üçün çox xoş əhval-ruhiyyəli oyundur. Stadiona xeyli tamaşaçı gələcək. Yeni stadionda oynayacağıq. AFFA bizə burada oynamaq imkanı yaradıb. 70 min tamaşaçı tutumuna malik stadionda oynamaq "Atletiko"nun da xoşuna gələcək.
 
- "Atletiko"nun xallara çox ehtiyacı var. Bu, "Qarabağ" üçün müsbət, yoxsa mənfi məqamdır?
 
Kintana: Bizə qarşı oynayan istənilən komanda 3 xala ümid edə bilər. Düşünmürəm ki, bu, "Atletiko"nun xala ehtiyacının olmasından da önəmli vəzifə olsun. Artıq sizin xalınız var.
 
Miçel: Düşünmürəm ki, "Atletiko" xalın vacibliyi barədə narahatlıq keçirsin. Bu komanda istənilən meydanda qələbəyə adət edib. Rəqib bura qələbə qazanmağa gəlir. Hətta bu, çətin olsa belə. 
 
- "Roma" Bakıda 3 xal qazanmaqda çətinlik çəkdi. Bu matç "Atletiko" ilə qarşılaşma üçün etalon ola bilər? 
 
Kintana: "Roma" üçün Bakıda çətin oldu, 90-cı dəqiqəyə qədər mübarizə apardıq. "Atletiko"ya qarşı da buna bənzər olacaq. Asan olmayacağını bilirik. Çünki madridlilər də rəqabətə davamlı komandadır. "Atletiko" üçün 3 xal qazanmaq vacibidir. Bəlkə bu narahatlıqdan yararlana bilərik. Nəyə görə "Atletiko"ya qarşı öz oyunumuzu sərgiləməyək? "Atletiko" aşkar favoritdir. Lakin biz də müsbət nəticə əldə etmək arzusundayıq.
 
Miçel: "Atletiko"nun çox aqressiv və çətin oyun tərzi var. "Roma" ilə oyunda rəqibə çətinlik yaratmağa çalışdıq və nəticə əldə etməyə yaxın idik. Lakin alınmadı.
 
- "Atletiko" son illər beynəlxalq səviyyədə böyük yol qət edib və yaxşı tanınır? Azərbaycanda Madrid komandası barədə çox şey bilirlər?
 
Kintana: "Atletiko" aparıcı komandalardan biridir və Azərbaycanda yaxşı tanınır. Onların matçlarına televiziya vasitəsi ilə çox baxmışıq. "Atleiko" barədə hər şeyi bilirik. Azarkeşlər də bilirlər ki, onların qarşısıalınmaz futbolçuları var. Çünki çox istedadlıdırlar. Onlar üstün səviyyədədirlər, lakin bizdə də oyundan-oyuna ruh yüksəkliyi artır. "Atletiko" iki dəfə Çempionlar Liqasının finalında oynayıb və bütün dünyada tanınır. Püşkdən sonra qrupda favoritim "Atletiko" idi. "Çelsi"yə uduzsa da, qrupun ən güclüsüdür. 
 
Miçel: Azərbaycan "Atletiko"ya sponsorluq edib. Bu, hamıya bəllidir. Həmçinin, burada İngiltərə Premyer Liqası, İtaliya A Seriyası və İspaniya La Liqasını izləyə bilərsiniz. Hər kəs oyunlara televiziya vasitəsi ilə baxır. Ona görə də Avropanın böyük komandaları ilə tanış olmamaq mümkünsüzdür. "Atletiko" isə böyüklərdən biridir. (Report)

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

16 Avqust 2026
18:20

Azərbaycanda BCF-nin 150-ci məşqçilik proqramının iştirakçılarına sertifikatlar verilib

17:57

MPL: "Sumqayıt" "Neftçi" ilə üz-üzə: Heyətlər açıqlandı - YENİLƏNİR

17:51

"Yuventus" Lunini istəsə də...

17:08

Duqlass dünya rekordunu yenilədi

16:42

Şose velosipedi üzrə Azərbaycan Kubokunda qaliblər müəyyənləşdi

16:09

"Sabah"ın rəqibi ikinci heyətlə oynayıb darmadağın oldu

15:43

"İnter" ingiltərəli futbolçunu rənglərinə bağladı

15:12

"Neftçi" yeni transferini açıqladı - RƏSMİ

14:40

AFFA-nın baş katibi "Sabahın Ulduzları" Bakı Kubokunun oyununu izlədi

14:13

Azərbaycanın stolüstü tennisçiləri Yaponiyada 4 medal qazandılar

13:51

"Vest Hem" transfer rekordunu yenilədi

13:05

Musiala qol vurduqdan sonra huşunu itirdi

12:49

Zubir "Qarabağ"dan getdi - RƏSMİ

12:18

"Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq" - İsmayıl Kartal

11:44

"Bu, müharibədir, oyun deyil" - Rekorda imza atan İslam rəqibini anlamır

11:19

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:41

İslam Maxaçev Qerrini yenərək titulunu qorudu

10:12

PSJ "Ayaks"ın vingerini heyətinə cəlb etdi - RƏSMİ

09:37

MPL: "Sumqayıt" "Neftçi"ni, "Zirə" debütantı qəbul edir

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

01:43

Super Liqa: "Fənərbağça" "Gənclərbirliyi"nə məğlub oldu

01:13

Toral Bayramov ikinci hissədə oyuna girdi, "Bursaspor" 3 xalı qazandı

00:44

Valdas Dambrauskas "Kəpəz"lə matçdan sonra nə danışdı?

00:17

"İnanıram ki, xallar qazanacağıq" - Azər Məmmədov

15 Avqust 2026
23:39

"Qələbənin bizim haqqımız olduğunu demək ədalətsizlik olar" - Fərid Namazov

23:22

"Futbolçularımın mübarizə əzmindən razı qaldım" - Cavid Hüseynov

23:12

"Seltik" darmadağına sevindi, Kamilo Duran isə...

22:59

Anatoli Nuriyevin qolu "Kişvarda"nı xilas etmədi

22:42

MPL: Qəbələdə qol səsi çıxmadı, "Sabah" Rumıniyaya qalib gedir

22:12

"Nyukasl"dan 65 milyonluq həmlə

21:30

"Sumqayıt" heyətini gücləndirdi

21:16

London nəhəngi hərəkətə keçdi

20:48

"Arsenal" və "Mançester Yunayted" onun üçün mübarizə aparır

20:28

"Biz Xalqın komandasıyıq və bu adı qürurla daşımaq bizim borcumuzdur" - Cenk Sümer

20:22

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazandı

19:47

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında mərhələ adladı

19:11

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

18:56

"Qarabağ"da parladı, indi Avropanın yolunu tutur

18:08

"Zaqatala" "Bərdə"yə məğlub oldu

17:43

Holand "Ginnes"ə düşdü - Rekord

Facebookdan bizi izləməyi unutmayın.
X