Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Fanat.Az xəbər verir ki, toplantıda Topaz Premyer Liqasının X turunda baş verənlər müzakirə edilib.
"Qarabağ” – "Səbail” matçının 43-cü dəqiqəsində qırmızı vərəqə alan Ansi Aqolli 1 oyun cəzalanıb. Albaniyalıya görə Ağdam təmsilçisi 200 manat cərimə olunub.
"Neftçi” – "Sumqayıt” oyununda 5 futbolçusu sarı vərəqə ilə cəzalanan bakılılar 800 manat "tərləyəcək".
"Zirə” – "Qəbələ” matçında 7 üzvü sarı vərəqə ilə cəzalanan meydan sahiblərinin də cəriməsi 800 manatdı.
Bu matçın 43-cü dəqiqəsində "Qəbələ” futbolçusu Cavid Hüseynov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alıb. Komitə rəqibi vuran yarımmüdafiəçini 3 oyun cəzalandırıb. "Qəbələ” isə 2400 manat cərimələnib.
Fanat.Az