16:39 02.11.2017 1576

"Deyirdilər, yerimə Məmmədov gələcək, elə də oldu"

"Kaxaber Tsxadadzenin gedişindən sonra məni baş məşqçi təyin etdilər. Azərbaycanda çox yaxşı insanlarda tanış oldum”. Fanat.Az saytı xəbər verir ki, bu sözləri "Keşlə” klubu ilə yolları ayrılan Zaur Svanadze deyib. 

 

Mütəxəssis "1news.az" saytına müsahibəsində bir sıra məqamlara toxunub: "Tsxadadze gedəndə çətin günlər başlamışdı. Klubda şərtlər pisləşmişdi. Qısa ifadə etsək, çoxlu problem var idi. Buna baxmayaraq, layiqli oyun göstərib, çempionatda yaxşı yer tutmuşduq”.

 

Təcrübəli çalışdırıcı daha sonra Nizami Hacıyev və Ruslan Abışov haqda danışıb: "Nizami son vaxtlar zədə ilə əlaqədar, oynamırdı və onun yoxluğunda bizim üçün çox çətin idi. Nizami bəzən dözülməz olur. Lakin "Keşlə” üçün vacib futbolçudu.

Ruslan Abışovu mənə mərkəz müdafiəçisi kimi təqdim edəndə razılaşmaq istəmirdim. Çünki həmin mövqeyə futbolçumuz çox idi. Bildiyiniz kimi, Ruslan "İnter”də dayaq yarımmüdafiəçisi ampluasında çıxış edirdi və mən onun oyunundan çox razı idim. Türkiyədə təlim-məşq toplanışında olanda isə bizə zəng edib dedilər ki, Abışov "Neftçi”yə keçməlidi. Elə həmin axşam Ruslan əşyalarını topladı və bir oteldən digərinə yollandı”.

 

Svanadze "Keşlə”dən ayrılması və Ramiz Məmmədovun onu əvəzləməsi barədə də fikirlərini bildirib: "Komanda ardıcıl 4 oyun uduzanda rəhbərlik uğursuzluğun səbəblərini araşdırmağa başlayır. Bu günlərdə görüşümüz oldu və qarşılıqlı razılıq əsasında əməkdaşlığa son qoyduq. Baş məşqçi postunda Ramiz Məmmədovla əvəzlənməyimin mümkün olduğunu əvvəldən düşünürdüm. Hamı mənə deyirdi ki, dəyişiklik baş verəcək. Elə də oldu. Bu, rəhbərliyin qərarıdı. Ramiz Məmmədov kluba gələndən cəmi 2 dəfə görüşmüşük. İlk dəfə əvəzedicilərin oyununda bir araya gəlmişdik. Bir də həyat yoldaşım dünyasını dəyişəndə mənə başsağlığı vermişdi. Yeni baş məşqçi gəlib, nəticə verə bilməyəndə taktiki və fiziki hazırlıqdan şikayətlənərək, bütün günahı köhnə məşqçinin üstünə atır. Ümid edirəm ki, "Keşlə”də hər şey yaxşı olacaq, Ramiz Məmmədov uğur qazanacaq”.

 

Çalışdırıcı "Keşlə”də daha bir müddət qalmaq istədiyini gizlətməyib: "5 nəvəm var. Daha vaxtımı onlarla keçirmək istəyirəm. İstirahət edəcəm, sonrasına baxarıq. Yorğun və bir qədər üzgünəm. Komanda üçün daha çox şey etmək istərdim. Nəzərə alaq ki, yanvarda transferlər edib, heyəti gücləndirə bilərdik”. 

 

Fanat.Az

 


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 May 2024
09:25

Zidan "Bayern" söhbətinə nöqtə qoydu: "Onların "Real"la oyununu izləyəcəm"

09:00

MPL: "Səbail" autsayderə qarşı - YENİLƏNİR

02:04

"Sevilya" 3 xalı 3 qolla qazandı

05 May 2024
22:35

"Barselona" Levandovskiyə əvəzləyici tapdı

22:10

"Sabah" bəxt sayəsində qalib gəldi" - Elmar Baxşıyev 

21:40

Renduliçdən qələbə şərhi: "Hələ heç nə bitməyib"

20:58

MPL: "Zirə" "Turan Tovuz"a, Sabah" "Araz-Naxçıvan"a qalib gəldi 

20:15

İtaliyalı ulduz "Qalatasaray"a dönür

19:40

Almaniyada oynayan futbolçu Almaniyaya gedə bilməyəcək

19:30

"90 dəqiqə rəqibdən üstün oynadıq" - Ayxan Abbasov

18:54

Rəşad Sadıqov Tovuzdakı  qələbəni belə şərh etdi

17:40

Avropa Kuboku: Azərbaycan millisi növbəti medalı qazandı

17:00

"Karyeramla bağlı müəyyən planlarım var" - Qazaxıstan klubundan ayrılan milli üzvü

16:20

İngiltərə nəhəngi türkiyəli ulduzla anlaşdı - SON DURUM 

15:47

"Borussiya Dortmund"un məşqçisi "Beşiktaş"da - Danışıqlar başladı

15:16

“Bakı Marafonu-2024”ün qalibləri bəlli oldu

14:38

"Bunu demək üçün mütəxəssis olmaq lazım deyil" - Aslan Kərimov

13:59

Qvardiola 5:1-i və Holandın pokerini dəyərləndirdi

13:23

Bakıda keçirilən turnirə yekun vurulur

12:52

Tyaqo Silva yeni klubu ilə razılığa gəldi - Detallar 

12:00

"Öz oyunumu necə qiymətləndirə bilərəm? Çox pis” - Rza Cəfərov

11:40

"Qarabağ"da yeni müqavilə - RƏSMİ

11:00

Günün oyunları bu kanallarda - AFİŞA 

10:38

“Bakı Marafonu 2024” marafonu start götürdü

10:00

Messi şou göstərdi - Argentinalı karyerasında ilk dəfə bunu reallaşdırdı

09:26

Avropa Kuboku: Cüdoçularımızdan ilk gündə 10 medal

01:25

“Monako”dan darmadağın

01:10

"Sassuolo" yenə "İnter"ə qənim oldu

00:51

"Bayern"dən növbəti məğlubiyyət

00:12

İPL: "Arsenal" da darmadağınla qazandı, "Mançester Siti" də

04 May 2024
23:50

Şahruddinin komandası səfərdə sevindi

23:00

"Komandamı ən az "Neftçi"yə qarşı motivasiya edirəm" - Qurbanovdan 5:0 şərhi

22:46

“Qarabağ” müdafiəçisi ilə yeni müqavilə bağladı

22:40

"Azarkeşlərdən üzr istəyirəm" - Miodraq Bojoviç

21:21

MPL: Tovuzda qalib olmadı, "Qarabağ" "Neftçi"ni darmadağın etdi

21:00

Daha bir komanda Premyer Liqaya yüksəldi - 22 il sonra

19:22

"Stressin səbəbi "Sumqayıt"ın texniki zonasından gələn sözlər, jestlər idi"

18:46

"Müdafiəçilərimiz ən zəif oyunlarından birini keçirdilər" - Samir Abasov

18:40

"Bayern" "Barselona"nın ulduzu ilə güclənir - SON DURUM 

17:56

Voleybol: Azərbaycan birinciliyinin qalibi müəyyənləşdi

Facebookdan bizi izləməyi unutmayın.
X