18:15 02.11.2017 2017

Ramiz Məmmədov sükutu pozdu: “Torba tikmək” artıq dəbdədi

Fanat.Az "Keşlə” klubunun baş məşqçisi Ramiz Məmmədovun apasport.az saytına müsahibəsini təqdim edir.
 
"Çarxı-fələk onları da öz ağuşuna alacaq”
 
- Uzun müddət məşqçilikdən uzaq qaldınız. Kənardan Azərbaycan futbolu necə görünürdü?
- Açığı, futbolu elə də dərindən izləmirdim. Demək olar ki, 2 il baxmadım. Nəhayət, futbol ictimaiyyətində olan dost-tanışla görüşəndə dedilər ki, bu sahəyə qayıtmağın məsləhətdi. Bir müddət sonra elə bir məqam oldu ki, İrandan dəvət gəldi, gedib orda çalışdım. Ölkə xaricində olan menecer yoldaşlarla, tanış baş məşqçilərin klubları ilə əməkdaşlıq edirdim. Məşqlərdə iştirak etməsəm də, stadiondan izləyirdim. Yəni bu müddət ərzində futboldan tam ayrılmadım. Mütaliəm hər zaman olub, video-lentlərə baxmışam. Futbolumuz orta səviyyədə görünürdü. 12 klubun dönəmində olan "vuruşma”, mübarizəni çox görə bilmirdik. Klublar bir-biriləri ilə çox oynayanda futbolçularda yorğunluq yaranır. Kuboku da nəzərə alsaq, bəzən komandalar mövsümdə 6 dəfə görüşürlər. Bu da futbolçuların psixologiyasına mənfi təsir edir. Amma ümumi məxrəcə gələndə görürsən ki, futbolumuzda elə bir eniş müşahidə olunmayıb.
 
- Sizin kimi, bir çox tanınmış məşqçi də hazırda kənardan öz vaxtını gözləyir. Premyer Liqada isə cəmi 8 klub mübarizə aparır. Belə vəziyyətdə futbolumuz necə inkişaf edə bilər?
- Arzu edirəm ki, gələn il yüksək liqada komandaların sayı çoxalsın, işsiz məşqçilərimiz sevimli peşələrini görməkdə davam etsinlər. Savadlı kadrlarımız var və onlar inkişafdadılar. Komandalarımızın sayı çox olsa, onlar da bacarıqlarını sübut edərlər. Məsələn, Nazim Süleymanov kənarda qalıb, Arif Əsədov I diviziondadı, Əsgər Abdullayev yığmada hamımızın rəhbəri olub. Nə qədər çox klub olsa, mübarizə, gərginlik bir o qədər çox olar və inkişaf yaranar. Belədə məşqçilərin də savadı artar, kənarda qalmazlar. Futbolda məşqçilik çarxı-fələk kimidi. Bu gün mən varam, sabah kimsə əvəz edə bilər. Çalışmalıyıq ki, hər zaman futbolla yaşayaq, oxuyaq, mütaliə edək, fikir mübadiləsi aparaq. Xarici klublarla əlaqə qurub, onların məşq sistemlərinə baxmaq lazımdı. Futbol gündən-günə inkişaf edir, sürətlənir. 15-20 il əvvəlki futbol tamamilə fərqli idi. İndi isə sürət sayəsində texnikalar, taktikalar güclənir. Komandaların sayı az olanda inkişafdan ağızdolusu danışmaq olmur. İşsiz qalan həmkarlarım da həvəsdən düşməsinlər. Vaxt gələcək, çarxı-fələk onları da öz ağuşuna alacaq.
 
"Bir qədər inamsızlıq yaranıb”
 
- Bu işi yadırğamamışdınız?
- Xeyr. Futbol bizə yad deyil. Məşq prosesini necə yaddan çıxarmaq olar? Xəmirimiz bununla yoğurulub. Məşq proseslərinə baxıb öyrənirik. Bunun üçün kitablarımız var. Hər ailədə çətinliklər, problemlər olur. Bununla belə, sistemi yaddan çıxarmamaq üçün hər zaman oxumalı, axtarışda olmalısan. Mən də bu müddətdə axtarışda olmuşam, yenilikləri öyrənmişəm.
 
- "Keşlə”nin durumunu bilə-bilə sizi bu riskə nə vadar etdi?
- Burda vadar edəsi bir şey yoxdu. Mən klubun koordinatoru idim və aşağı yaş qruplarının işinə də baxırdım. Akademiyamızda uşaq çoxdu, 28 məşqçimiz var. U-17 komandamıza Nadir Əliyevi, U-19-a isə Məqsəd Yaqubəliyevi dəvət etdim. Bu müddətdə bir neçə 15-16 yaşlı uşağı əvəzedici komandaya cəlb etdik. Çox yaxşı əvəzedici heyət yığmışıq. Bütün iş qrafikimiz əsas komandanın sistemi üzrə qurulub. Bilirdik ki, bu klubda şərait əvvəlki kimi deyil. Ancaq bir günlük də olsa, komandanın "sükanı” bir məşqçiyə tapşırılırsa, orda ağırlığa baxmazlar. Bu gün klubun daxilində elə böyük problem yoxdu. Sadəcə, uşaqlar 1-2 ay əməkhaqqılarını gec alıblar. Klubun heç kimə borcu qalmayıb.
 
- Maaşlar vaxtında verilmirdi, futbolçular pulsuzluqdan şikayət edir, uğursuzluğu bununla əlaqələndirirdilər. Belə vəziyyətdə nəyə ümid edirsiniz?
- Komandada yalnız Samir Zərgərovu yaxından tanıyıram. Çünki rəhbərliyim altında çıxış edib. Digərlərini rəqib kimi tanımışam. Hamısı təcrübəli futbolçulardı. Ola bilsin ki, uşaqlarda bir qədər inamsızlıq yaranıb. Məqsədim də onlarla birgə işləmək və inamı geri qaytarmaqdı. Ailə birliyi çox vacibdi. Rəhbərlik də sağ olsun, maddi problemi artıq yoluna qoyub.
  
"Canımız "suludu”
 
- Artıq əsas komandanı məşqlərə çıxarmısınız. Hansı çatışmazlıqlar diqqətinizi çəkib?
- Bəzi oyunçularımız zədəlidi. Üstəlik, oyunçu qıtlığı var. Ancaq qısa müddətdə bu məsələni həll etdik. Əvəzedici heyətdən yaxından tanıdığım 6-7 futbolçunu əsas komandaya götürmüşəm. Onlar U-17, U-19, U-21 yığmalarımızın üzvləridi. İnanıram ki, təcrübəli oyunçuların yanında daha da püxtələşəcəklər. Komandanın problemli mövqelərini onlarla həll etmişik. İnanıram ki, təcrübəlilərin köməyi ilə gənclərimiz də layiqli çıxış edəcəklər.
 
- Koordinator kimi işiniz nədən ibarət idi?
- Aşağı yaş qruplarında olan perspektivli uşaqları tapıb üzə çıxarmaq, onlarda özünəinam yaratmaq. Əvəzedici heyətin məşqçi korpusunu cəmləşdirdim, məşq sistemini bərabərləşdirdim. 15, 16, 17 yaşlı istedadlı uşaqları əvəzedici heyətə cəlb etdik.
 
- Bu vəzifədə də qalacaqsınız?
- Bəli. Bütün günümüzü burda keçiririk. Nə qədər məsləhət olacaq, burda da qalacam. Özümdə o gücü hiss edirəm. İşimizi sevərək görürük, canımız "suludu”. Yanımda olan məşqçilər də bacarıqlıdı. Bir-birimizi yarı sözlə başa düşürük. Əl-ələ verib, "Keşlə” klubunu rəhbərlik başda olmaqla bu vəziyyətdən çıxaracağıq.
 
"...Svanadze ilə doğma qardaş kimi olmuşam”
 
- Futbol ictimaiyyətində belə bir fikir formalaşıb ki, Ramiz Məmmədovun baş məşqçi vəzifəsinə gəlməsi üçün Zaur Svanadzenin "torbası tikilib”...
- Hər bir insanın vicdanı var. Namuslu, şəxsiyyətli insan evinə girəndə də, səhər çıxanda da güzgüyə baxır, özünü cəmləyir. Evdən çıxanda fikirləşirsən ki, insanlara dayaq olmalısan, Quran bizdən nə tələb edirsə, ona əməl etməlisən. Müsəlmanıq, əqidəmiz var. Yardım etməli, başqalarına əl tutmalıyıq. Elə şərait yaratmalıyıq ki, insanlar bizi sevsinlər, hörmət etsinlər. Axşam da evə qayıdanda güzgü qarşısında vicdanımıza sual veririk ki, bu gün kimə yaxşılıq etdik, kiminlə mehriban davrandıq, hansı yetimin başını tumarladıq? Vicdanınla danışmalısan. Mənim barəmdə kim nə yazırsa, yenə də sağ olsun. Bunları cavablandırmaq istəmirəm. İlk növbədə öz işimi vicdanla görməyə çalışıram. Haqqımızda yazan jurnalist dostlar da özləri qiymət verərlər.
 
- Siz hələ yayda koordinator vəzifəsinə gələndə söz-söhbətlər yayılmağa başladı ki, Svanadzenin "torbası tikilir”. Ümumiyyətlə, sizin gürcüstanlı mütəxəssislə münasibətiniz, işbirliyiniz necə idi?
- Mənə elə gəlir ki, bu sual Svanadzeyə də verilsəydi, yaxşı olardı. Demirəm ki, Svanadze ilə doğma qardaş kimi olmuşam. Ancaq aramızda həddən artıq xoş münasibət olub. Dost, yoldaş kimi görüşmüşük. Təkcə onunla yox, hətta Kaxaber Sxadadze ilə də, Georgi Çixradze ilə də münasibətimiz hər zaman yaxşı olub. Bunlar yanlış məlumatlardı. Hər kəsin öz fikri var. Yazan da sağ olsun. Mətbuat azaddı. Demokratik ölkədə yaşayırıq, söz azadlığı var. Hər kəs ürəyi istəyəni yaza bilər. Ancaq bir daha təkrar edirəm ki, öz işimi layiqincə yerinə yetirməyə çalışıram. Hamımız axirət dünyasında Allah-təalanın qarşısında cavab verəcəyik.
 
- Azərbaycanda adətən idman direktoru və ya koordinator vəzifəsinə gələn mütəxəssis bir müddət sonra baş məşqçi təyin olunur. Bunlar təsadüfdümü?
- Əməli olaraq, bunu təsadüfə bağlayardım. Yadınıza gəlirsə, mən koordinator vəzifəsinə gələndə deyirdilər ki, komanda bir oyun məğlub olan kimi, Ramiz Məmmədov baş məşqçi keçəcək. Nə oldu, həmin vaxt bu keçid niyə baş tutmadı? Hər bir insanın şəxsi fikrinə hörmətlə yanaşıram. Bəs "İnter” həmin vaxt ilk oyunda məğlub olanda niyə dəyişiklik edilmədi? Deyilənlər bəzən üst-üstə düşmür. Baş məşqçi postu daimi deyil. Mən də "Qəbələ”də əvəzləndim, bir problem yaranmadı. Yerimizə gələn bizdən də yaxşı nəticə verdi və normal qarşılandı. Hətta böyük klublarda da bunlar baş verir. Bizə ən yaxın ölkə olan Türkiyədə Aykut Kocaman əvvəlcə "Fənərbaxça”ya idman direktoru vəzifəsinə gətirildi, sonra baş məşqçi təyin olundu. O demək deyil ki, baş məşqçi 10 il postunda qalmalıdı. Əgər nəticə vermirsənsə, deməli, yerini dəyişə bilərsən. Bu, hər bir klubun rəhbərinin fikridi.
  
"Fatih Kavlakı mənə 5-ci köməkçi kimi namizəd göstərdilər”
 
- "Qəbələ”də olarkən də Fatih Kavlakın yerinə gəlməyiniz birmənalı qarşılanmamışdı. Bu söz-söhbətə reaksiya göstərmədiyiniz üçün elə qəbul olunurdu ki, deyilənlər doğrudu...
- Xatırlatmaq istəyirəm ki, "Qəbələ”də baş məşqçi olanda Fatih Kavlakın özünü mənə namizəd göstərdilər ki, 4-5-ci köməkçin olsun. Hər yazılana cavab versək, bizim işimizlə kim məşğul olacaq? Bura ona görə gəlməmişəm ki, kiminləsə söz "güləşdirim”. Mənim işim məşq keçmək, komandanı hazırlaşdırıb oyuna çıxarmaqdı. Hər deyilən sözə reaksiya verəsi olsam, gərək gündə dava-qırğında olum. Özümə görə savadım, düşüncəm, həyat tərzim var. Haqqımda deyilən sözlərin hamısını Allahın ümidinə buraxıram. Yalnız öz işimin öhdəsindən gəlməyə çalışaram. O xarakterdə insan deyiləm ki, hamıya cavab verim. Cavabımı əməlimlə, işimlə verməyə çalışıram.
 
- Medianın sizə qarşı münasibəti niyə belə sərtdi? Bəlkə mətbuatla düzgün iş qura bilmirsiniz?
- Kəskin xarakterimlə seçilən məşqçiyəm. Bir yerdə haqsızlıq görəndə, özümdən asılı olmayaraq, daha da aqressivləşirəm. Deyirsiniz ki, mətbuatla işi düzgün qurmuram. Media ilə klubun mətbuat xidmətinin rəhbəri iş görməlidi. Bu, mənim işim deyil. Həmin insanlara buna görə maaş verilir. Mənim işim komandanın fiziki, psixoloji durumunu yaxşılaşdırmaq, mehribanlığı təmin etmək, taktikanı qurmaqdı. İşimə peşəkarcasına yanaşıram.
 
- Etiraf edək ki, futbol ictimaiyyətində heç kim "süddən çıxmış ağ qaşıq” deyil. Bir çox məşqçimiz var ki, onların da ciddi nöqsanları var. Niyə Ramiz Məmmədovun adı gələndə yalnız neqativ məsələlər müzakirə olunur?
- Vaxt gələcək hamımız öz əməlimizə görə cavab verəcəyik. Mən buna cavabımı Allahın göndərdiyi Qurana əsaslanıb verirəm. Əgər bu suallar hansısa mətbuat işçisinə maraqlıdısa, xahiş edirəm ki, "Qəbələ” rəhbərliyinə ünvanlasınlar. Görsünlər ki, mənim vicdanım həmin insanların qarşısında necə təmizdi. "Qəbələ”də layiqincə işləmişəm. Əgər hansısa nöqsanım olsaydı, ikinci dəfə məni ora dəvət etməzdilər. O insanlar gözəl bilirlər ki, komandada vicdanla çalışmışam. Deyirlər ki, Fatih Kavlakın yerinə göz dikmişəm. "Torba tikmək” sözü Azərbaycan mətbuatında artıq dəbdədi. "Qəbələ”yə gələndə komanda uçurumda olarkən mənə inanmışdılar. "İnter”dən 18 xal, bəzi komandalardan da 12-13 xal geridə idik. 12 komanda arasında 11-ci pillədə idik. Komandanı həmin vəziyyətdən çıxarıb, ilk "altılığ”a saldım. Statistika silinməz. Yəni öz işimlə cavabımı verdim. Haqqımda yazanlarla heç tanışlığım yoxdu. Onlara qarşı da heç vaxt qərəzli mövqedə olmamışam. Öz vicdanları, öz Allahları... Mən də çalışacam yenə işimlə cavab verim.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 May 2024
23:00

"Komandamı ən az "Neftçi"yə qarşı motivasiya edirəm" - Qurbanovdan 5:0 şərhi

22:40

"Azarkeşlərdən üzr istəyirəm" - Miodraq Bojoviç

21:21

MPL: Tovuzda qalib olmadı, "Qarabağ" "Neftçi"ni darmadağın etdi

21:00

Daha bir komanda Premyer Liqaya yüksəldi - 22 il sonra

19:22

"Stressin səbəbi "Sumqayıt"ın texniki zonasından gələn sözlər, jestlər idi"

18:46

"Müdafiəçilərimiz ən zəif oyunlarından birini keçirdilər" - Samir Abasov

18:40

"Bayern" "Barselona"nın ulduzu ilə güclənir - SON DURUM 

17:56

Voleybol: Azərbaycan birinciliyinin qalibi müəyyənləşdi

17:32

Kurtua bu mövsüm ilk dəfə meydana çıxır

17:10

Piolinin yeni klubu bilindi

16:43

Nazir beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü

16:22

U-17 "lotoreya"da uduzdu

16:00

"Messi böyük ulduz yox, ulduzcuqdur"

15:20

Lopeteqi Bundesliqa yolunda - Danışıqlar başladı

14:54

De Zerbi karyerasını davam etdirmək istədiyi klubun adını açıqladı

14:28

Postekoğlu "Tottenhem"də köklü dəyişiklik tələb edir

13:55

Ozan Can oynadı, “Eyndhoven”...

13:33

"Sponsor olmadan mübarizə aparmaq çətindir" - "Kəpəz"in İdarə Heyətinin üzvü

13:15

Azərbaycan millisinin üzvü Qazaxıstan klubundan ayrıldı

12:57

Avropa Kuboku: Millimiz bürünc mükafat qazandı

12:30

Şahmatçılarımız 125 min dollarlıq yarışda mübarizəyə başlayır

12:06

AÇ-2024-lə bağlı yeni qərar: UEFA Fransanın etirazına baxmadı

11:40

Qvardiola bütün İngiltərənin "ürəyinə su səpdi" - "Məndə belə hiss var ki..."

11:15

"Real" La Liqa çempionluğunu bayram etməyəcək - SƏBƏB

10:52

La Liqada ayın ən yaxşısı bilindi

10:28

Emin Mahmudov "Qarabağ"la matçda oynamayacaq - RƏSMİ

10:09

Avropa Kubokunun püşkü atıldı - Göygöldə

09:50

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

09:00

Messidən "İnter Mayami"yə fantastik qazanc - Klub funksioneri yeni büdcəni açıqladı

01:25

İPL: "Everton" səfərdə büdrədi

00:57

Tur "sülh"lə start götürdü

00:33

"Beşiktaş" son dəqiqə qolu ilə 3 xal qazandı

03 May 2024
21:56

"Prezident Kuboku-2024": Bağlanış mərasimi keçirildi

21:18

"Həyatımın yarıdan çoxunu bu klubda keçirdim" - Marko Roys

20:54

MY ilə "Barselona" yarımmüdafiəçilərini dəyişirlər

20:28

"Qalib gəlsəydik, bu insident yaşanmayacaqdı" - Klopp Salahla mübahisəsindən danışdı

19:30

Mourinyu AÇ-2024-ün favoritlərini açıqladı

18:45

Ronaldo "Valyadolid"i də satacaq? - AÇIQLAMA

18:14

"Qarabağ" - "Neftçi" görüşünün hakimi bəlli oldu

18:00

"Nyukasl" iki oyunçusuna fantastik qiymət qoydu - MƏBLƏĞ

Facebookdan bizi izləməyi unutmayın.
X