Azərbaycanlı yeniyetmə Rəsul Rəsulov haqqında "TRT SPOR" kanalında sujet yayımlanıb.
"Beşiktaş" klubunun fanatı olan Rəsulun ən böyük arzusu klubun stadionunda bir derbi oyunu izləməkdir.
Fiziki qüsurlu olan Rəsul "Beşiktaş"ı bütün futbolçularının doğum gününü biləcək qədər çox sevir. Ailəsinin dəstəyi ilə təhsilini davam etdirir. Onun müalicəsi üçün çox vəsait lazımdır. Ən azı 4 illik vaxt tələb olunur. Rəsulun anası "Beşiktaş"ın rəhbərliyindən övladına yardım etmələrini xahiş edir.
Qeyd edək ki, sosial şəbəkədə aparılan kampaniyadan sonra "TRT SPOR" yeniyetmə barədə sujet hazırlayıb. (baku.ws)
Fanat.Az