Ukrayna yığmasının və "Qarabağ"ın sabiq futbolçusu Sergey Kravçenko "Komanda 1"ə müsahibə verib.
Fanat.Az xəbər verir ki, hazırda Ukrayna I liqasında "Dnepr-1"in şərəfini qoruyan 35 yaşlı yarımmüdafiəçi Azərbaycan komandasından sonra üz tutduğu "Vorskla"nın Avropa Liqasındakı şanslarını dəyərləndirib.
Onun fikrincə, Poltava klubu üçün həm ev, həm də xüsusən səfər oyunu ağır olacaq: "Qarabağ"ın oyunlarının nəticələrini izləyir, hərdən klubun bir neçə əməkdaşı ilə yazışıram. Onların güclü komandası var. "Qarabağ" hazırlıqlı komandadı və avrokuboklarda iştirak təcrübəsi rəqibin tərəfindədi.
Qeyd edək ki, "Qarabağ" və "Vorskla" arasındakı ilk oyun oktyabrın 25-də Bakı Olimpiya Stadionunda, cavab görüşü noyabrın 8-də Poltavada olacaq.
Fanat.Az