I divizionda 5-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyun günündə 4 görüş keçirilib.
"Kəpəz" doğma meydanda "Qaradağ Lökbatan"ı 4 cavabsız qolla üstələyib. "Turan Tovuz" - "Zaqatala" oyununda qalib müəyyənləşməyib - 1:1. MOİK səfərdə "Şüvəlan"a minimal hesabla qalib gəlib. "Səbail"in əvəzediciləri isə "Ağsu" üzərində qələbəyə sevinib - 2:1.
"Kəpəz” - "Qaradağ Lökbatan” - 4:0
Qollar: Elgün Orucov, 14, 86; Elcan Kərimov, 38; Dieqo De Souza, 48
"Turan Tovuz” - "Zaqatala” - 1:1
Qollar: Sənan Qocayev, 75 // Roini İsmayılov, 3
"Şüvəlan” - MOİK - 0:1
Qollar: Raul Yaqubzadə, 25
"Səbail-2" - "Ağsu” - 2:1
Qollar: Emil Həsənzadə, 22 -pen. Xəzər Mahmudov, 79 // Elnur Səmədov, 83 -pen.
Fanat.Az