"Qarabağ”ın baş meneceri Asif Əsgərovun iki ay öncə Avropa Klublar Assosiasiyasının (ECA) işçi qrupunun üzvü seçildiyi barədə sizləri məlumatlandırmışdıq.
Fanat.Az xəbər verir ki, bir qədər öncə İtaliyanın Milan şəhərində işçi qrupunun ilk iclası baş tutub.
İclasda Ağdam klubunun baş meneceri səsvermə nəticəsində işçi qrupun sədr müavinlərindən biri seçilib.
2017-19-cu illər mövsümünə nisbətən 2019-23-cü illər tsiklində işçi qrupunun üzvləri iki dəfə azaldılıb. Əvəzində daha tanınmış klubların qərarverici şəxsləri bu qrupa üzv seçilib.
Fanat.Az