Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları baş tutub.
Fanat.Az xəbər verir ki, ilk oyunlar çərçivəsində iki matç keçirilib.
"Çelsi" İngiltərədə "Bavariya"nı qəbul edib. Hər iki kollektiv qarşılaşmaya itkilərlə çıxıb. Rəqib meydanında "zadəganlar"a 3:0 hesablı şox yaşadan münhenlilər 1/4 finala yüksəlmək şansını yetərincə artırıb.
Günün digər görüşü İtaliyada reallaşıb. "Napoli" doğma azarkeşlər önündə "Barselona"ya nəyə qadir olduğunu göstərməyə çalışıb. İlk yarını öndə qapayan italyanlar oyunu qalib bitirə bilməyib. Grizmann kataloniyalılara lazım olan topu vurub.
Qeyd edək ki, bu mərhələnin 4 oyunu dünən keçirilib. "Atalanta" "Valensiya"nı 4:1, "Borussiya" (Dortmund) PSJ-ni 2:1, "Atletiko" "Liverpul"u, "Leyspiq" isə "Tottenhem"i 1:0 hesabı ilə yenib. Daha iki oyun sabah baş tutacaq. "Real" "Mançester Siti"ni, "Lion" "Yuventus"u qəbul edəcək.
Çempionlar Liqası
1/8 final
İlk oyunlar
Çelsi (İngiltərə) - Bavariya (Almaniya) 0:3
Qollar: Qnabri, 51; 54; Levandovski, 76
Qırmızı vərəqə: Alonso, 83
Baş hakim: Klement Turpin (Fransa).
London. "Stamford Bric".
Napoli (İtaliya) - Barselona (İspaniya) 1:1
Qollar: Mertens, 30 - Qrizmann, 57
Qırmızı vərəqə: Vidal, 89 (ikinci sarı)
Baş hakim: Feliks Brıx (Almaniya).
Neapol. "San Paolo" stadionu.
Fanat.Az