"İndian-Uells" tennis turniri təxirə salınıb.
Fanat.Az xəbər verir ki, təşkilatçılar mütəxəssislər və Kaliforniya ştatının rəsmiləri ilə məsləhətləşdikdən sonra bu yöndə qərar qəbul ediblər. Səbəb kimi turnirin keçiriləcəyi bölgədə koronavirus epidemiyasının aşkarlanması göstərilib.
"İndian-Uells"in başqa tarixdə keçirilib-keçirilməyəcəyi barədə rəsmi məlumat yoxdu. Turnirin direktoru Tommi Haas isə açıqlamasında qeyd edib: "Biz turniri başqa tarixdə keçirməyə hazırıq. Müxtəlif variantları nəzərdən keçirəcəyik".
"İndian-Uells" ATP və WTA təqvimində ən önəmli turnirlərdən biri hesab olunur.
Fanat.Az