"Masters" seriyalı "İndian-Uells" turnirinin koronavirus epidemiyasının yayılması səbəbindən təxirə salındığını öyrənən Rafael Nadal İspaniyaya qayıtmaq qərarına gəlib.
Fanat.Az xəbər verir ki, ispan tennisçi koronavirusla əlaqədar olaraq, martın 25-də Mayamidə start götürəcək digər "Masters" seriyalı turniri də qaçıra bilər.
Son məlumatlara görə, İndian-Uellsdə keçirilməli olan və Nadalın iştirak edəcəyi gözlənilən göstəriş xarakterli turnir də təxirə salınıb.
Qeyd edək ki, Rafael Nadal "Böyük dəbilqə" turnirlərinin 19 qat qalibidi.
Fanat.Az