İki çəki dərəcəsi üzrə UFC-nin keçmiş çempionu Daniel Kormye növbəti döyüşü ilə bağlı müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, Kormye "Twitter" hesabı vasitəsilə bu barədə məlumat yayıb. Hələlik 41 yaşlı döyüşçünün rəqibinin kim olacağı bəlli deyil. İddialara görə, onun ağır çəkidə hazırkı UFC çempionu Stipe Mioçiçlə qarşılaşmaq ehtimalı yüksəkdi.
Kormye 2018-ci ildə Mioçiçi birinci raundda nokaut edərək titulu ondan almışdı. Lakin 2019-cu ilin avqustunda onlar arasında baş tutan ikinci görüşdə xorvat əsilli amerikalı idmançı dördüncü raundda texniki nokautla qalib gələrək çempionluq kəmərini geri qaytarmışdı.
Fanat.Az