17:29 09.07.2020 1297

\"Döyüş adası\" - Xəyalların layihəsi, yoxsa böyük fiasko?

Koronavirus pandemiyası dövründə idman promouterləri arasında adından yaxşı mənada söz etdirən isimlərdən biri də UFC prezidenti Dana Uayt idi.

Lakin artıq UFC-də də vəziyyət dəyişmək üzrədi. ABŞ-da qaradərililərin haqlarını tələb etmək məqsədiylə keçirilən etiraz aksiyaları nəticəsində xəstəliyə yoluxanların sayı artır. Onların sırasında idmançılar da istisna deyil. Hazırkı situasiyda UFC döyüşlərini Fars körfəzində yerləşən Yas adasında keçirmək də Uayt üçün çıxış yolu olmaya bilər.

Amerikalı biznesmənə bu mənada ilk "zərbə" aşağı divizionlarda çıxış edən idmançılardan gəldi. Xorxe Masvidalın məşqçisinin koronavirus testinin nəticəsinin pozitiv çıxması vəziyyəti daha da çətinləşdirdi. Daha öncə Qilbert Börns xəstəliyə yoluxmuşdu. Nəticə: Kamaru Usman növbəti dəfə rəqibinin kim olacağını bilmir və bu da onun üçün əlavə stress anlamına gəlir.

Masvidalın məşqçisi Mayk Braun özünü yaxşı hiss etdiyini bildirir. Amma bu, onun Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qaydalarını pozaraq özünütəcrid rejimindən imtina etməsi üçün yetərli deyil. Bu mənada onunla kontaktda olan insanlar da istisna deyil.

Bütün bu baş verənlərin fonunda sual yaranır: ilk başda xəyalların limitlərini aşan layihə kimi görünən "Döyüş adası", əslində, Deyna Uaytın karyerasının ən böyük uğursuzluğumu olacaq? İdman tarixinin ən yaxşı menecerlərindən biri ən böyük səhvinimi etdi? Yoxsa hadisələr Yas adasına təsir etməyəcək və hər şey qaydasında davam edəcək? Yaxşı, bəs boş karta nə deyək? Axı Əbu-Dabi həm də növbəti iki həftə ərzində döyüşməkdən imtina edən rus idmançıları da itirdi. Onlar Abdulmanap Nurməhəmmədov üçün matəm saxlayırlar. COVID-19-a görə iki ailə üzvünü itirən Rouz Namayunas da döyüşə çıxmaq fikrində deyil. Daha öncə Marina Rodriqes - Karla Esparza qarşıdurması ləğv edilmişdi. Marina da koronavirusdan əziyyət çəkir. Bununla yanaşı, Umar Nurməhəmmədov və Tahir Ulanbekov da Abdulmanapın ölümü ilə əlaqədar olaraq "Döyüş adası"na uçuşlarını ləğv ediblər. Kartlar yenidən müəyyənləşdirilir? Bu, sizə bir az keçmiş fiaskoları andırmır?

Deyna məşhur hollivudsayağı gülümsəməsi ilə məhsulları reklam etməyə davam edir. İnsanlar isə Usman - Masvidal döyüşü qədər, Pyotr Yan - Joze Aldu qarşıdurmasını da maraqla gözlənilir. Cavabsız suallar isə aktuallığını qoruyur. Geriyə üç gün qalır. Üç gün sonra "böyük boss" kameraların önünə çıxacaq və deyəcək: "Hər şey bitdi". Amma özünüz də yaxşı bilirsiniz ki, bu olmayacaq - yenə Deynanın dahiliyi sayəsində. Sadəcə, bu səfər Uaytın bütün bu problemləri necə həll edəcəyini təsəvvür etmək belə çox çətindi. 

Müəllif: İqor Braqin (Championat.com)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 Yanvar 2025
17:56

MPL:"Qarabağ" "Şamaxı"ya qarşı: Heyətlər açıqlandı - YENİLƏNİR

17:48

Tanınmış türk mütəxəssislər Azərbaycana gəldilər

17:30

Ule-Qunar Sulşer rəsmən "Beşiktaş"da

17:13

"Bizi "Sumqayıt"la çətin oyun gözləyir" - Alberto Blanko

16:55

Tedesko istefaya göndərildi - RƏSMİ

16:37

"İndikindən çox oynayacağımı gözləmirdim" - Endrik

16:18

"Leyptsiq" 19 yaşlı hücumçunun transfer hüquqlarına yiyələndi

16:00

Diallo het-trik etdiyi oyundan sonra nə danışdı?

15:42

Birinci Liqa təmsilçisinə danışılmış oyunlarla bağlı seminar keçirildi

15:24

"Real" Kamavinqanı itirdi

15:06

"İstəyirəm ki, insanlar mənə təzyiq etsinlər və..." - Erlinq Holand

14:47

Dieqo Karlos Türkiyə nəhənginə keçir - Razılıq əldə edildi

14:29

"Beşiktaş" Sulşerlə bağlı yayılan məlumatları təsdiqlədi

14:11

Ançelotti "Real" azarkeşləri tərəfindən fitə basılamasına belə reaksiya verdi

13:53

"PSJ-də uğur qazanmağıma eqom mane oldu"

13:35

"Mançester Siti" Holandla müqavilə yenilədi

13:16

Mbappe Benzemanın uğurunu təkrarladı

12:58

“Neftçi” Rusiya çempionatından qapıçı gətirdi

12:40

Azərbaycan güləşçiləri Bolqarıstan turnirinə yollanacaqlar

12:23

Sulşer İstanbul nəhənginin baş məşqçisi olacaq

12:05

"Neftçi" "Azərreyl"ə qarşı

11:47

Sabiq "Barselona"lı İtaliya klubundan ayrıldı

11:28

Klublarımızın qış planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:09

Alleqrinin yeni iş yeri bilindi

10:50

ABL: Lider "Sabah" "Sərhədçi" ilə üz-üzə

10:31

Slimani Avropaya qayıtdı - RƏSMİ

10:10

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Bayer"in ulduzu Musialanı qabaqladı

09:00

"Barselona" səs-küylü transferə hazırlaşır

02:43

İspaniya Kuboku: "Real Madrid" əlavə vaxtda şou göstərdi

02:11

İPL: Diallo "Old Trafford"da coşdu, MY sevindi

00:12

"Qəbələ" "Mingəçevir"lə qarşılaşacaq

16 Yanvar 2025
23:15

İbrahimoviç Ronaldunun qalmaqallı açıqlamasını cavabsız qoydu - "Buna vaxtımı itirməyəcəyəm"

22:48

Kvaratsxeliya sabah PSJ ilə müqavilə bağlayacaq - Gürcü ulduz nömrə seçimini etdi

22:19

"Arsenal" sloveniyalı forvarda elçi düşdü - Arteta şəxsən danışıq aparır

21:54

"Bayern Münhen" Sane ilə bağlı qərarını verdi - AÇIQLAMA

21:23

Dibala İtaliyada bu mükafata sahib çıxdı

20:10

Raşford Bundesliqa yolunda - Danışıqlar başladı

19:39

A Seriyasında dekabrın ən yaxşı baş məşqçisi kim oldu?

19:03

"Şamaxı" ukraynalı futbolçunu heyətinə qatdı - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X