WTA reytinqinin ikincisi Simona Halep "Palermo Ladies Open" turnirində iştirakdan imtina edib.
Fanat.Az jurnalist Karol Buşarın "Twitter" hesabına istinadən xəbər verir ki, Halepin meneceri bu barədə bəyanat yayıb.
Yeni qaydalara görə, Bolqarıstan və Rumıniyadan İtaliyaya yollananlar 14 gün karantində qalmalıdılar. Turnirin direktoru Olivyero Parma regional səhiyyə məsləhətçisi Rucero Ratsaya məktub göndərərək İtaliya Səhiyyə Nazirliyinin qərarının peşəkar tennisçilərə aid olmadığını bildirib. Bununla belə, rumın raketka ustası Palermodakı turnirə qatılmamaq qərarına gəlib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol