Millimizin sabiq futbolçusu Ufuk Budakın yeni mövsümdə öynayacağı klub müəyyənləşib.
Fanat.Az xəbər verir ki, sol cinah müdafiəçisi klubu "Altınordu" ilə başa çatan müqaviləsini yeniləyib.
30 yaşlı oyunçu TFF I liqa təmsilçisi ilə yeni 1 illik müqaviləyə imza atıb. Ufuk artıq kollektivlə birlikdə məşqlərə qoşulub. Beləliklə, İzmir təmsilçisi sözləşmə müddəti başa çatan 6 oyunçudan yalnız yığmamızın keçmiş üzvünü komandada saxlayıb.
Ötən il "Boluspor"dan "Altınordu"ya keçən Ufuk Budak 23 çempionat matçında iştirak edib, 1 məhsuldar ötürmə verib.
Fanat.Az