ABŞ-ın birinci liqasında (USL) VII turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, milli komandamızın üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Finiks Rayzinq" öz meydanında "San Dieqo Loyal"ı qəbul edib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Rüfət oyuna start heyətdə başlayıb və 74-cu dəqiqədə əvəzlənib. Bu mövsüm 5 qol vuran Dadaşov bu dəfə fərqlənməyib.
Qeyd edək ki, "Finiks Rayzinq" hazırda 16 xalla B qrupunda liderdi.
Fanat.Az