Azərbaycanlı futbolçu Nurlan Novruzovun komandası "Narva Trans" Estoniya çempionatında 17-ci turun oyununa çıxıb.
Fanat.az xəbər verir ki, həmyerlimizin formasını geyindiyi komanda doğma meydanda "Tallina Kalev”lə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.
Görüşdə forma geyinən Nurlan Novruzov matçda vurulan yeganə qolun məhsuldar ötürməsini verib.
Fanat.az