Millimizin hücumçusu Renat Dadaşov avqustun sonlarında klubu "Vulverhempton"dan ayrıla bilər.
Fanat.az xəbər verir ki, futbolçu Çempionşip təmsilçisi "Koventri"nin maraq dairəsinə düşüb.
Yaxın günlərdə klublar arasında danışıqlar üçün görüş keçiriləcəyi bildirilir.
"Koventri" təlim-məşq toplanışı çərçivəsində avqustun 25-də "Vulverhempton"la yoxlama görüşü keçirəcək. Məhz həmin gün aşağı liqa təmsilçisi Dadaşovun keçidini reallaşdırmaq üçün Premyer Liqa klubunun rəsmiləri ilə görüşəcək. "Koventri" həm yığmamızın üzvü, həm də "Vulverhempton"un yarımmüdafiəçisi Ouen Otasoieni heyətinə cəlb etməkdə maraqlıdır.
Qeyd edək ki, "Vulverhempton"la müqavilə müddəti 2023-cü ilin yayına qədər olan Renat Dadaşov əsas komandada hələ debüt etməyib.
Fanat.az