Azərbaycanlı hakim Rəhim Həsənov UEFA-dan təyinat alıb.
Fanat.Az qurumun saytına istinadən xəbər verir ki, o, Lüksemburq "Proqress"inin Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Enqrodan" (Andorra) - "Zeta" (Monteneqro) cütünün qalibi ilə keçirəcəyi görüşdə fit çalacaq.
FİFA referisinə Mübariz Haşımov və Pərvin Talıbov köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.
Oyun 26 avqustda keçiriləcək.
Fanat.Az