Gürcüstan çempionatında 10-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi "Samtrediya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Tiflis "Lokomotiv”i ilə üz-üzə gəlib və qolsuz bərabərliyə razılaşıb.
Nicat zədə səbəbindən oynamayıb.
10 tura 9 xal yığan "Samtrediya” 10 komanda arasında 8-cidi.
Fanat.Az