Braziliya klubu "Vitoriya"nın futbolçusu Eronildo dos Santos Roşa karyerasını Azərbaycanda davam etdirə bilər.
Fanat.az xəbər verir ki, bu haqda yerli mətbuat məlumat yayıb. Braziliya təmsilçisi 22 yaşlı hücumçunun keçidi üçün Premyer Liqa klublarından biri ilə danışıqlar aparır.
Elə "Vitoriya"nın yetirməsi olan futbolçunun Azərbaycanda danışıq apardığı komandanın adı açıqlanmayıb. Razılıq əldə olunacağı təqdirdə, forvard bir illik icarə əsasında ölkəmizdə oynayacaq.
Ölkəsində qısaca "Eron" kimi çağrılan "sambaçı" 2015-ci ildə Braziliyanın U-17 yığmasının formasını geyinib.
Fanat.az