Bu gün Avropa Liqasında III təsnifat mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.
Kipr təmsilçisi "Apollon" "Lex" önündə imtahan verib. Cütün taleyi bir oyundan ibarət olduğu üçün rəqib meydanında adalıları biabır edən polşalılar pley-offa yüksəlib.
"Lex" pley-off mərhələsində "Şarlerua" (Belçika) / "Partizan" (Serbiya) duelinin güclüsü ilə üz-üzə gələcək.
Avropa Liqası
III təsnifat mərhələsi
23 sentyabr
Apollon (Kipr) - Lex (Polşa) 0:5
Qollar: Tiba, 42; 90+2. İshak, 47. Kaminski, 58. Şikora, 81.
Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin digər oyunları sentyabrın 24-də gerçəkləşəcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol