Nazim Süleymanovun ardınca "Neftçi"də daha bir istefa reallaşıb. Fanat.az xəbər verir ki, komandanın məşqçisi Səmədağa Şıxlarov da postunu tərk edib.
Qeyd edək ki, Süleymanov bu gün klub rəhbərliyi ilə anlaşa bilmədiyi üçün istefa verib. "Neftçi" rəhbərliyi baş məşqçiyə istədiyi məşqçiləri və futbolçuları komandaya gətirməyə icazə verməyib. "Ağ-qaralı" klubu yenidən Böyükağa Hacıyevin çalışdıracağı deyilir.
Fanat.az