Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçki Şimali Makedoniya yığmasına rəhbərlik edə bilər.
Fanat.Az xəbər verir ki, 51 yaşlı xorvat mütəxəssis yerli federasiya ilə danışıqları yekunlaşdırmaq üzrədi. Onun bu postda İqor Angelovskini əvəzləyəcəyi gözlənilir.
Şimali Makedoniya millisi İqor Angelovskinin rəhbərliyi altında AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinə başçılıq edib. Daha sonra Bosniya və Herseqovina yığmasını (2018-2019) çalışdıran mütəxəssis ardınca Türkiyənin "Kayserispor" (2019-2020) və "Dənizlispor" (2020) klublarının baş məşqçisi olub.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol