14:26 14.03.2021 3066

Teymurla Şəhriyara uduzan erməninin etirafları: "Çağırırlar, sonra özləri gəlmirlər"

Ermənistanlı şahmat ustası Levon Aronyan dövlətin ona qarşı laqeyd münasibətindən bezərək ABŞ-a köçməyə qərar verib. 

Bu barədə o, LevitovChess YouTube kanalına müsahibəsində deyib. 

"Öz potensialımdan istifadə etməyə çalışmalıyam, ancaq son vaxtlar özümə qarşı, təəssüf ki, laqeydlik görürəm. Prinsipcə, dövlət həmişə mənə kömək edib. Kömək eləməyəndə də, heç olmasa, hörmət göstərirdilər. Mənim sahəmdə nəyinsə qaydasında olmadığını görəndə nəyisə dəyişməyə çalışıram. Burada isə hər dəfə təşəbbüs irəli sürdükcə mənə eyham vururdular ki, mənim rəyimin dəyəri yoxdur", - Aronyan deyib. 

Şahmatçı deyib ki, siyasətçi biri deyil, ona isə həmişə elə münasibət göstərilib ki, guya daim nəsə istəyir. Ancaq onun sözlərinə görə, yalnız şahmat və şahmat dünyasının maraqlarını təmsil edib, maliyyə dəstəyinə can atmayıb.

"Əlbəttə, iş pulda deyil. Ondadır ki, daim səni troll edirlər. Deyək ki, hansısa görüşə çağırırlar, özləri isə gəlmirlər, mənim dediklərimi isə keçmiş hökumətin favoritinin fikirləri kimi qəbul edirlər. Yəni mənim dediklərim bu halda düz olmaya bilər, çünki guya mən kiminsə maraqlarını təmsil edirəm. Amma mən öz sahəmin peşəkar maraqlarını təmsil edirəm", - Levon şikayətlənib.

Şahmatçının fikrincə, xaricə köçməyi potensialını reallaşdırmağa imkan verəcək: "Daim özümü şahmata həsr edən insanam. Ona görə də mənə hörmətlə yanaşmalarını istəyirəm. Ancaq bunu görmürəm".

Məşhur idmançı Ermənistanı tərk etməyin onun üçün ağır olduğunu söyləyib: "Öz ölkəndə yaşayıb doğma dilində danışmaqdan böyük zövq yoxdur". 

Qeyd edək ki, Ermənistan millisinin tərkibində üçqat olimpiya çempionu olan Aronyan "şahmata səriştəsiz dövlət xadimlərinin müdaxiləsi və dövlət tərəfindən şahmata dəstəyin dayandırılması" səbəbindən ABŞ-a köçmək istədiyini əsas gətirib.

Bu il yanvarın 3-də azərbaycanlı qrossmeyster Teymur Rəcəbovla Aronyan "Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən "Airthings Masters” turnirinin final mərhələsinin həlledici görüşündə üz-üzə gəlmişdilər. Azərbaycan təmsilçisi 2:1 (0,5:0,5; 1:0; 0,5:0,5) hesabı ilə qələbə qazanmışdı. Martın 13-də isə Aronyan dünya çempionu norveçli Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovla görüşüb və ağ fiqurlarla oynamasına rəğmən, mat edilib. //sputnik.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2026
11:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:44

Hakimlər Komitəsinin iclası keçirildi, Premyer Liqa hakimlərinin siyahısı açıqlandı

10:27

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:09

Darvin Nunyes "Beşiktaş" ilə anlaşdı - SON DURUM

09:48

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 1-ci tura yekun vuruldu

09:25

Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

09:00

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

02:14

"Qarabağ" Pakistan futbolunun ulduzunu transfer etdi

01:00

"Qəbələ" Qətər klubunu məğlub etdi

00:35

"Qalatasaray" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

02 Avqust 2026
23:54

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

22:46

"Liverpul" yetirməsini geri qaytarır

22:11

İtaliyalı stoper üçün Premyer Liqada "müharibə"

21:39

Mahir Emreli fərqləndi, baş məşqçi əvəzlədi: "Rakuv" 2 qolla cəzalandı

21:11

Pedri üçün 90 milyon avro

20:38

ÇSKA ilə matçda zədələnən Savonun durumu bilindi

20:07

Canni İnfantino haqqında şok iddia

19:32

"Atletik Bilbao"dan "Barselona"ya sərt cavab

19:09

Ronaldu evləncəyi tarixi açıqladı

18:51

Millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub

18:12

Həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışı keçirilib

17:53

Mourinyu "Real Madrid"ə qayıtdıqdan sonrakı ilk oyununu şərh etdi

17:15

"Qəbələ" braziliyalı qapıçı ilə gücləndi

16:39

Mançester nəhəngi onun üçün hərəkətə keçir

16:01

"Roma" yeni müdafiçənin keçidini açıqladı

15:41

"Qarabağ”ın "Dinamo Kiyev"lə oyununa biletlər satışa çıxarıldı

15:19

"Kəpəz"in yeni fanklubu olacaq - FOTO

14:40

"Sabahın Ulduzları" start götürdü - Fotolar/Nəticələr

14:22

Azərbaycanlı məşqçi dünyasını dəyişdi

13:44

Viktor Osimhen İngiltərəyə gedir?

13:16

Dünya Seriyası: "Neftçi SOCAR" mübarizəni 1/4-də dayandırdı

12:50

"Qalatasaray" yeni yarımmüdafiəçi ilə anlaşdı

11:43

Azərbaycan millisi Niderlandla qarşılaşır

11:17

"Real Madrid" "Fiorentina" ilə bacarmadı

10:40

PSJ yapon ulduzu "Yuventus"un əlindən aldı

10:07

Portuqaliya Super Kubokunun qalibi bilindi

09:38

Dünya çempionatı: İlk "qızıl"ı qazanmaq mümkün olacaq?

09:00

Nəriman Axundzadənin Messi ilə dueli baş tutmadı - SƏBƏB

01 Avqust 2026
23:46

"Çelsi" Joau Pedroya yeni müqavilə təklif edir

23:33

"Sabah" nigeriyalı vingerlə gücləndi

Facebookdan bizi izləməyi unutmayın.
X