Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin ilk turunun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin Portuqaliya yığması ilə qarşılaşdığı gündə A qrupunun digər matçı Serbiya və İrlandiya yığmaları arasında baş tutub. Bol qollu görüşdə gülən tərəf serblər olub.
G qrupunda yer alan Türkiyə Niderlandın qapısına 4 qol vuararq zəfər qazanıbsa, Norveç rəqib meydanında Cəbəllütariqə yerini göstərib. Qrupun digər matçında Latviya "doğma divarlar arası"nda Monteneqroya boyun əyib.
Belçika millisi Uelslə ev oyunundan inamlı qələbə ilə ayrılıb. Fransa yığması Ukraynanı sınağa çəkib. Tərəflər bu oyunda heç-heçəyə razılaşıblar. Xorvatiya yığması da səfərdə Sloveniyaya yenilib.
İlk turun qalan oyunları sabah keçiriləcək.
DÇ-2022-nin seçmə mərhələsi
24 mart
A qrupu
Portuqaliya – Azərbaycan 1:0
Qol: M.Medvedev, 37-öz qapısına.
Serbiya – İrlandiya 3:2
Qollar: Vlahoviç, 40. Mitroviç, 69; 75 – Braun, 18. Kollinz, 86.
D qrupu
Fransa – Ukrayna 1:1
Qollar: Qrizmann, 19 – Kimpembe, 57-öz qapısına.
Finlandiya – Bosniya və Herseqovina 2:2
Qollar: Pukki, 58; 77 – Pyaniç, 55. Stevanoviç, 84.
E qrupu
Belçika – Uels 3:1
Qollar: De Bröyne, 22. Hazard, 28. Lukaku, 73-pen – Uilson, 10.
Estoniya – Çexiya 2:6
Qollar: Sappinen, 12. Anyer, 86 – Şik, 18. Barak, 27. Souçek, 32; 43; 48. Yankto, 56.
G qrupu
Türkiyə – Niderland 4:2
Qollar: B.Yılmaz, 15; 34-pen; 81. H.Çalhanoğlu, 46 – Klaassen, 75. De Yonq, 76.
Cəbəllütariq – Norveç 0:3
Qollar: Sorlot, 43. Torstvedt, 45. Svensson, 57.
Latviya – Monteneqro 1:2
Qollar: İkaunieks, 40 – Yovetiç, 41; 83.
H qrupu
Malta – Rusiya 1:3
Qollar: Mbonq, 56 – Dzyuba, 23. M.Fernandes, 35. Sobolyov, 90.
Sloveniya – Xorvatiya 1:0
Qol: Lovriç, 15.
Kipr – Slovakiya 0:0

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol