UEFA DÇ-2022 seçmə mərhələsinin I turundan sonra statistik göstəriciləri açıqlayıb.
Fanat.Az xəbər verir ki, millimizin üzvü Şahruddin Məhəmmədəliyev ən çox qurtarış edən qapıçı olub.
O, yığmamızın Portuqaliyaya 0:1 hesabı ilə uduzduğu görüşdə 14 "seyv"lə yadda qalıb. Cəbəllütariqin çərçivə qoruyucusu Deyl Kilinq 11 qurtarışla ikinci, San Marinodan Elia Benedettini isə 10 "seyv"lə üçüncüdür.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol