Ukraynanın "Minay” komandasının yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, iki gün öncə Vasili Kobinlə vidalaşan Premyer Liqa təmsilçisini bundan sonra Mikola Tsimbal çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Klub rəhbərliyi komandanı bu vaxta qədər "Minay”da müxtəlif vəzifələrdə çalışmış Tsimbala tapşırmağı daha məqsədəuyğun hesab edib.
Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyevlə digər həmyerlimiz Rüstəm Əhmədzadə də "Minay”da çıxış edir. Sözügedən komanda bu mövsüm Premyer Liqada keçirdiyi 18 oyunda cəmi 14 xal toplaya bilib və 14 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol