Serbiya millisi DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turunda Azərbaycanla oyuna itki ilə çıxacaq.
Fanat.Az xəbər verir ki, sözügedən görüşü Nikola Milenkoviç buraxacaq. "Fiorentina"nın 24 yaşlı müdafiəçisi Portuqaliya ilə 2-ci tur matçında (2:2) qırmızı vərəqə alıb və cəzalı duruma düşüb.
Qeyd edək ki, martın 30-da keçiriləcək Azərbaycan - Serbiya oyunu Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol