14:51 29.03.2021 799

"Favorit Serbiyadır, amma bizim də..." - MÜSAHİBƏ

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyevin müsahibəsi

- Azərbaycan milli komandasının Portuqaliya (0:1) və Qətərlə (1:2) oyunları ilə bağlı fikirləriniz nədir?
- Başlayaq Portuqaliyadan. Bu komandanın gücü hamıya bəllidir, onları təhlil etməyə çalışmayaq. Millinin oyunu əks-hücum üzərində qurulmuşdu. Canni De Byazinin heyətində müdafiədə çoxlu futbolçular cəmləşmişdi və müdafiəni etibarlı saxlamaq lazım idi. Məncə, hesab normaldır. Oyuna diqtə edən tərəf Portuqaliya idi. İlk hissədə bizə nə təklif elədilər, biz də qəbul etdik. İkinci hissədə bir az açılmalar oldu. Bizim hücuma daha çox oyunçu ilə çıxmağımız alınmırdı. Nəzərə alaq ki, Portuqaliyanın futbolçuları yüksək səviyyəli ulduzlardır. Onlar da səhv buraxmırdılar. Portuqaliyaya qarşı hesab normal idi, mənə elə gəlir ki, yaxşı da saymaq olar. Qapıçımız Şahruddin Məhəmmədəliyevi də xüsusi fərqləndirmək lazımdır. Çox gözəl oyun nümayiş elətdirdi. Bəlkə də, karyerasını ən yaxşı oyunlarından birini keçirdi. Qətərlə oyuna yaxşı başlamışdıq, top saxlayır, hücum edirdik. Lakin birdən-birə hər şey dəyişdi. Qoldan sonra artıq Qətər oyunu öz əlinə aldı. Yarımmüdafiədə dominantlıq eləməyə çalışdı. Biz topalmada zəif olduq. Buna görə Qətər rahat hücumlar qurmağa başladı. İkinci hissə isə tamamilə onların üstünlüyü ilə keçdi və qələbə qazandılar. Yığmada 30 futbolçu var, hamısı da hardasa eyni səviyyədədir. Portuqaliya ilə oyuna nisbətən Qətərlə matçda komanda səviyyəsindən aşağı çıxış etdi.
 
- Portuqaliyaya 0:1 hesablı məğlubiyyətdən razı olanlar, bunu yaxşı nəticə hesab edənlər var. Həqiqətənmi, portuqallara minimal hesablı məğlubiyyət uğurdur?
- Nəticə baxımından bəlkə normaldır. Çünki rəqib Portuqaliya yığması idi. Bizim yaxşı hücum qurmağımız üçün irəlidə oyunçular çox olmalı idi. 6 müdafiəçi ilə yaxşı hücuma çıxmaq çətindir və portuqallar buna imkan vermirdi. Nəticəni uğurlu hesab etmirəm. Uğur o zaman deyilir ki, nəticə qələbə olsun. Məğlubiyyətə uğur deməzlər. Portuqaliya kimi komandaya qarşı belə oyunu və nəticəni qənaətbəxş hesab etmək olar. Darmadağın olmadı deyə, yaxşı görünür. Ancaq yenə deyirəm ki, bu, uğur deyir. Böyük hesablı məğlubiyyət milli və ölkə futbolu adına ləkə gətirə bilərdi. Xal qazanmağa – qələbə və heç-heçəyə uğur demək olar. Biz böyük hesablı məğlubiyyətdən qaçmışıq.

- Növbəti oyun Serbiya ilə olacaq. Oyunla bağlı fikirləriniz nədir?
- Serbiya millisi indi ən yaxşı vaxtlarını yaşayır. İndi olan futbolçular o vaxt gənclər yığmasında uğur qazanmışdılar. Portuqaliya ilə göstərdikləri oyun da onu deməyə əsas verir ki, oturuşmuş komanda var. Serbiya həm hücumda, həm müdafiədə yaxşı çıxış edir. Gücə hesablanmış futbol oynayırlar. Fiziki və atletik oyuna üstünlük verirlər. Ucaboy oyunçuları var və cinahdan gələn hücumlarda fəal olurlar. Həm də motivasiya baxımından da yüksək ruhda gəlirlər. Bura qrupun lideri kimi gəlirlər və bu, bizə də fayda verər. Biz ilk oyunda uduzmuşuq. Serbiyaya qarşı əzmkar mübarizə aparmaq lazım olacaq. Vəziyyətə real baxaq, millimizə azarkeşlik etsək də, favorit rəqibdir. Lakin onları da məğlub etmək olar. Qol buraxmamaq, rəqibi əsəbiləşdirmək lazımdır. Bunun nəticəsində onlar top itkilərinə yol verərlər. Həm də rəqibin müdafiəçiləri ləngdir. Əks-hücumda onları yaxalamaq olar.
 
- Serbiya ilə matçda ən yaxşı halda nəyə ümid etmək olar?
- Futboldur, hər şey ola bilər. Oyunun gedişindən çox şey asılı olacaq. Gəlin, ən yaxşı şeyləri arzulayaq. Favorit Serbiyadır, amma bizim də şanslarımız sıfır deyil.
 
- Milli komandada baş məşqçi çalışarkən Serbiyaya qarşı iki oyun keçirmisiz. Səfərdə 0:1, Bakıda isə 1:6 hesablı məğlubiyyət yaşamısız. Həmin Serbiya ilə indiki arasında hansı fərqləri görürsüz?
- Serbiya ayrı ölkə kimi ilk oyununu bizə qarşı keçirib. Həmin vaxt formalarımızda da oxşarlıq var idi. İstəyirdilər ki, bayraqlarının rəngində formada çıxış etsinlər. Səhv etmirəmsə, göy-ağ formada oynayırdılar. Çox xahiş elədilər ki, bu formada oynasınlar. Həmin Serbiya ilə indiki arasında fərqlər çoxdur. Onda ulduz futbolçuları var idi. İndiki futbolçular isə orta və gənc nəslin birləşməsindən yaranıb. Məncə, təcrübə baxımından əvvəlki Serbiya daha güclü idi. O vaxt serblərin ulduz futbolçuları da çox idi.
 
- Bəs həmin Azərbaycan yığması ilə indiki milli arasında hansı fərqlər var?
- Bunu demək olmur. Heç vaxt milliləri zamana görə uyğun tutmaq olmur. Zamana görə dəyişən millilər var. Buna hərə bir cür baxır. Fərqləndirmək çətindir. Ona görə, hansı dövrdəki millinin güclü və ya zəif olmasını deyə bilmirəm.

- De Byazi artıq xeyli müddətdir yığmada baş məşqçilik edir. Onun gəlişindən sonra millidə dəyişən nəsə var?
- Təxminən 3-4 oyundan sonra nəsə demək olar. İndi fikirlər çoxdur.
 
- Millinin oyununda nəsə irəliləyiş və ya geriləmə hiss edirsiz?
- Nəsə demək çətindir. Portuqaliya ilə oyundan sonra nəsə danışmaq asan olardı. Ancaq Qətər məğlubiyyətindən sonra danışmaq çətindir. Qarşıdakı oyunlardan sonra artıq De Byazinin işinə nəsə qiymət vermək olar. Lakin indi nəsə demək mümkün deyil.
DÇ-2022-nin seçmə mərhələsində Lüksemburq artıq 6 xal qazanıb, səfərdə özündən güclü İrlandiyanı məğlub etməyi bacarıb. Malta yığması da Slovakiya səfərindən 1 xalla qayıdıb. Artıq kiçik ölkələrin futbolu inkişaf edir, amma bizdə hələ tərpəniş yoxdur…
Bunu məncə, millidə yox, aşağıda axtarmaq lazımdır. Millini biz Avropanın ən güclüləri ilə oyunda görürük. Bu matçlarda səhvlərimiz, çatışmazlıqlarımız üzə çıxır. Yəni problem millidə başlamır. Aşağıdan gələn problemlər millidə də öz əksini tapır.
 
- Serbiya ilə oyuna proqnozunuz nədir?
- Favorit kağız üzərində Serbiyadır. Amma bilirsiz ki, milli hər tsikldə yaxşı bir oyun göstərə bilər. Həm də, bu iki məğlubiyyətdən sonra komanda uğura acdır. Mənə elə gəlir ki, futbolçular bu matçda aqressiv oynayacaqlar. Serbiya Portuqaliya ilə oyundan sonra rahatlaşa, bizə yuxarıdan aşağı baxa bilər. Bu, bizim xeyrimizə ola bilər. Yaxşı halda, etibarlı müdafiə olunub, sürətli və keyfiyyətli əks-hücumlar qura bilsək, nəyəsə ümid edə bilərik. (Komanda.az)
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

12 İyun 2026
20:41

Azərbaycan boksçuları Çində Dünya Kubokunda mübarizə aparacaqlar

20:09

"Brayton" "Tottenhem"in müdafiəçisi üçün 30 milyon təklif etdi

19:41

"Barselona"nın Reşford planı dəyişdi

19:17

MPL klubları “Turan Tovuz”la bağlı CAS-a müaciət etdi

18:38

Niko Şlotterbekdən "Real Madrid" və Joze Mourinyu açıqlaması

18:09

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

17:54

AFFA rəsmiləri klub nümayəndələri ilə görüşdülər

17:33

İkiqat İngiltərə çempionu Premyer Liqa klubunda - RƏSMİ

17:14

Alberto Akviliani A Seriyası komandasına baş məşqçi təyin edildi - RƏSMİ

16:53

"Siz mənim son oyunlarımı görməmisiniz?" - Kriştianu Ronaldu

16:27

Yapon hücumçu Almaniya klubunda - RƏSMİ

16:08

"Karvan-Yevlax" "10 nömrə"si ilə vidalaşdı

15:50

"Mançester Siti"nin sabiq oyunçusu Rusiya klubunda oynayacaq - RƏSMİ

15:32

Azərbaycan kanoeçisi Avropa çempionatında qızıl medal qazandı

15:14

"Liverpul" məşhur niderlandlı ilə vidalaşdı

14:56

Mahmud Qurbanov Premyer Liqa klubunun təklifini geri çevirdi

14:38

Çexiya uduzduğu oyunda 20 illik həsrətə son qoydu

14:20

"Cavid Hüseynov? Namizədlərdən biri odur, amma..." - "Araz-Naxçıvan"ın rəsmisi

13:56

PSJ vingerini bu qiymətə satır

13:32

Qvardiol "Mançester Siti" ilə danışıqları dayandırdı - Bu kluba keçir

13:13

"Sumqayıt"ın futbolçusu üçün il başa çatdı

12:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:40

Azərbaycan milli komandalarının rəqibləri bilindi

12:25

Murad Musayevin yeni klubu bilindi - RƏSMİ

12:08

Messi yenidən DÇ-nin qalibi olmaq şanslarını dəyərləndirdi

11:46

Mbappe Deşamı İtaliya millisinə getməkdən çəkindirdi - "Bu, dəhşətli olar"

11:27

"O, Braziliya prezidentindən çox təzyiqlə üzləşsə də..."

11:08

Avropa Liqası: Azərbaycan millisi Rumıniya ilə üz-üzə

10:49

Oblak karyerasını İtaliya nəhəngində davam etdirə bilər - SON DURUM

10:11

Mourinyunun ilk qurbanı bilindi - Rəhbərlikdən bu ulduzun satılmasını istədi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

DÇ-2026: Kanada Bosniya və Herseqovina ilə qarşılaşır

09:00

"Liverpul"un oyunçusu millinin heyətindən kənarlaşdırıldı - SƏBƏB

07:56

DÇ-2026: Çexiya koreyalılarla bacarmadı

02:40

Dünya çempionatları tarixində hələ belə hadisə olmamışdı

02:22

Meksika millisi hələ belə qələbə görməmişdi

01:29

Bernardu Silvanın "Real"la münasibətləri nə vaxt rəsmiləşdirəcəyi bilindi

01:03

DÇ-2026: Meksika mundiala CAR üzərində qələbə ilə başladı

11 İyun 2026
23:57

Roma Papası "Real"ın fəxri üzvü oldu

23:49

Stolüstü tennis üzrə Liqa turniri başa çatıb

Facebookdan bizi izləməyi unutmayın.
X