"Atamın niyə Azərbaycan millisində oynamaq qərarına gəldiyini deyə bilmərəm. Heç bilmirəm ki, həmin vaxt onun bu seçimini Gürcüstanda necə qarşılayıblar".
Fanat.Az xəbər verir ki, bunu "Rubin"in gürcü yarımmüdafiəçisi Xviça Kvaratsxeliya deyib.
"Sport Business"ə müsahibəsində atası Badri Kvaratsxeliyadan da danışan gənc oyunçu onun oyunlarının videogörüntülərini izlədiyini bildirib:
"Qonşu ölkənin millisinin formasını geyinmək onun şəxsi seçimi olub. Bu mövzunu heç vaxt müzakirə etməmişik. Atam Azərbaycan çempionatında uzun müddət oynayıb. Onun matçlarının görüntülərinə baxmışam. Mənə elə gəlirdi ki, Messi və Ronaldudan da yaxşı oynayır. İki ildir ki, səhhəti ilə əlaqədar məşqçilik karyerasını bitirib. Məncə, belə yaxşıdı. İndi evtə oturub mənim oyunlarımı izləməsi səhhəti baxımından daha uyğundur".

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol