"Sumqayıt"ın yarımmüdafiəçisi Rəhim Sadıxov "Neftçi"nin diqqət mərkəzinə düşüb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "kimyaçılar"la 2019-cu ilin sentyabrında imzaladığı müqaviləni yeniləməyən Rəhimin "ağ-qaralar"a qoşulmaq ehtimalı yüksəkdir.
Həm "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov, həm də rəhbərlik sözügedən milli üzvünün komandanı gücləndirəcəyini düşünür. Onun azad agent qismində heyətə cəlb edilmək perspektivi isə bu keçidin reallaşacağını söyləməyə əsas verir.
Atilla